İçərişəhər ''Cümə'' məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu növbəti cümə namazında müsəlman Azərbaycan Respublikası xalqının vəhdət və islami qardaşlığına təkid edib
well/Aran agentliyi
İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu növbəti cümə namazında müsəlman Azərbaycan Respublikası xalqının vəhdət və islami qardaşlığına təkid edib.
Dəyərlərin məlumatına görə, Hacı İlqar İbrahimoğlu Cümə xütbələrinin ilkində ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə edərək əziz İslam Peyğəmbərindən (s) bir mübarək hədisi xatırlatdı: "Bir-biri ilə dostluq edənlər arasında öz dostuna qarşı daha mülayim olan kəsin əcri daha çoxdur və Allah yanında o, daha sevimlidir".
Hədisin şərhində dostluğun zəruriliyindən danışan Hacı İlqar İnsanlararası münasibətdə qarşı tərəfi düşünmək və mülayim olmağın dinimizin buyuruşu olduğunu bildirib.
Xətib vurğulayıb : "Dostlar gərək bir-birləri ilə ünsiyyətdə diqqətli olsunlar. Davranışda insanları acılamaq, xətirlərinə dəymək olmaz. Allah yanında sevimli olmaq istəyənlər üçün əməli bir göstərişdir. Mömin qardaşınla mülayim olmaqla Allah yanında daha sevimli olarsan. Ramazan ayı yaxınlaşdığı bir dönəmdə Allahdan diləyirəm ki, bizə bu aya xatir dostlarla münasibətdə mülayim olmağı və bu ayı qarşılamaq ruhiyyəsi nəsib etsin".
İkinci xütbədə dünyada və ölkədə baş verən hadisələrə toxunan xətib, hicab qadağasını ləğv etmək üçün imzatoplama kampaniyası haqqıda bildirib : " Həmd olsun Allaha ki, kampaniya artıq yüz minə yaxınlaşma mərhələsindədir. Yüz min imznın 2 ay ərzidə toplanması nəzərdə tutulmuşdu. Şaban və Ramazan ayları ərzində. Ancaq Şaban ayının bitməsinə hələ nə qədər qalıb, şükürlər olsun ki, yüz min imza, demək olar ki, yekunlaşmaq mərhələsindədir. Biz fikirləşirdik ki, 90 minə Ramazan ayının son on günlüyündə yaxınlaşarıq. Ancaq görünən budur ki, insanlar bu məsələdə xeyli fədakarlıq və əzmkarlıq göstəriblər. İnsanların hicaba imzası - həm də mənəviyyata dəstəkdir. "
Xətib bildirib :" İmzaların sayının özlüyündə çox olmasından başqa, qısa bir müddətə sürətlə yığılması - özü də bir göstəricidir. Həm də nəzərə alınmalıdır ki, yaydır və insanların çoxu şəhərdə yoxdur. Qardaşlar hamısı kampaniyanı özlərinki bildilər, ixlasla imza topladılar. Bu kampaniya bir neçə şeyi bir daha sübut elədi. İxlas, əzmkarlıq, sistemlilik və vəhdət olan yerdə hər şeyə nail olmaq olar".
Xütbənin davamında xətib dindən çıxmış insanların kampaniya əleyhinə prosesə başlamalarını və bunun uğursuzluğunu da qeyd etdi: "Zamanında İslamdan çıxmış insanların indi imzatoplama kampaniyasına qarşı əks kampaniya başlatmaları çox əlamətdardır. Amma neçə müddət ərzində canfəşanlıq etmələrinə baxmayaraq, ictimai dəstək ala bilməyiblər".
Xətib kampaniyanı İrana bağlayıb ona qara yaxmaq istəyənlərin də səylərinin puça yetməsinə diqqət çəkib: "Pul-para ilə işləməyə vərdiş etmişlər, başqa yanaşmaların mümkünlüyünə inana bilmirlər. Təbii ki, cəhdləri boşa çıxdı. Bu illər ərzində ölkə ictimaiyyəti kimlərin kim olmasını yaxşı bilir və sionist sifarişlərini tanımağı bacarır".