well/Aran agentliyi
Lənkəran ruhanisi Məşhədi Ramin Əkbərli "100 minlik imza" haqqında münasibət bildirib: “İlk öncə Mübarək Ramazan ayı münasibətilə bütün müsəlmanları təbrik edirəm. İmzatopla məsələsinə gəlincə, bu özü yaxşı iş olsada, gecikmiş addımdır. Çünki, hicab qadağası çıxdığı bir zamanda onlar bu addımı atsaydılar yerinə düşərdi. İndi isə, çox gecdir. Çox ruhani alimlər evlərindən, ailələrindən uzaq düşdülər. Hazırda da dəmir barmaqlıqlar arasındadırlar. Lakin məni bir sual maraqlandırır. Niyə əvvəllər bu addım atılmadı, bəlkə gözləyirdilər ki, bütün addımlar atılsın sonra bunu etsinlər? Biz bir neçə ay əvvəl mətbuatda görürdük ki, bu işi əncam verənlər İslama aid olmayanları müdafiə etdikləri halda, hicab məhbuslarını müdafiə etmirdilər. Bir az da hicab məhbuslarını müdafiə etsəydilər, onda möminlərdə bu narahatçılqlar olmazdı. Digər məsələ isə hicab məhbuslarının adının o məktuba salınmamasıdır. Bu böyük səhvdr. Elə bil ki, hicab məhbusları onların marağında deyil. Sanki bu həbs edilənlər hicaba heç aid olmayıblar. Bu onların haqqını kobud surətdə pozmaqdır. Bu gün belə ruhanilərin alimlərin zindanda qalması İslama itkidir. Digər məsələ bəzilərinin dəyərsiz yazılar yazmağıdır. Sanki, imzatoplama məsələsini müdafiə üçün deyil, başqalarına güc göstərmək üçün yazılır bu yazılar. Və ya hicabsızlardan hicabla bağlı müsahbə alırlar. Hicabın dəyərini anlamayan şəxs necə ola bilərki, hicabı müdafiə edir? Hicab qadağasına qarşı müqavimətlərdən sonra yaranan sakitçilik məsələnin həllinin olmasını göstərir. Məsələ onsuzda həll olmaq üzərədir. Bu şeyi etməyə nə lüzum var?".
Bəzi saytlarda şişirdilmiş yazıları da tənqid edən Lənkəran ruhanisi deyib: “Bəzən isə düşünülməmiş yazılar yazılır. İslamçılara şişirtmək, böyütmək yaraşmaz. “Bu iş tarixə düşəcək”, “bu iş bütün məsələləri həll edəcək”, "nənələr bu haqda nağıl danışacaqlar", “bu işi icra edənlərə heykəl qoyulacaq” və s. Mən xəcalət çəkirəm. Camaata nağıl danışmayın. İslam bizə izzətli və əməl edən şəxslərin sayəsində çatıb. Tarixi hicab məhbusları yazırlar. Hacı Seyyid Fəramizin dedikləri , bəli tarixdir. İmza məsələsini ortaya atanlar bilsinlər ki, hələ çox imzalar toplayacaqlar. Çünki İslama qarşı hücumlar bununla bitməyəcəkdir. Sonda bir ayəni diqqətinizə çatdırmaq istəyirəm. Ali İmran surəsinin 192-ci ayəsində buyurulur: “Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !”
islamazeri.az