Tarix : 2011 Jul 25
Kod 24284

Canımızla qorunan Hicab

Allah qadınlara örtünməyi, kişilərə də öz namuslarını izzətlə qorumağı tapşırmışdır
well/Aran agentliyi

Allah qadınlara örtünməyi, kişilərə də öz namuslarını izzətlə qorumağı tapşırmışdır.

Allahın yaratdığı bütün məxluqat qiymətlidir.Çünki onları Allah yaradıb.Bu baxımdan məxluqatın içində ən qiymətlisi insandır.Çünki onun yaranış hədəfi bütün məxluqatın hədəfindən üstündür. Yaradan Xaliq İnsanların maddi və mənəvi rifahını təmin etmək üçün Peyğəmbərlər və rəhbərlər seçdi. Onların hədəfi insanları, maddi aləmdə ədalətlə yaşaması və son mənzil olan axirət evini abadlaşdırmaqdan ibarət idi. Çünki Allah yaratdığı insanı qiyamət günü imtahan edəcək, hər kəsin öz əbədi mənzilini təyin edəcəkdir.

İnsanların xalqlara millətlərə bölünməsi, bir zamanlar həmin millətlərin ayrı-ayrılıqda formalaşmasına və hər bir millətin, xalqın özünəməxsus adətləri və ənənələrinin olmasına gətirib çıxartdı. Ölkələr özünə sərhəd təyin etdi, özünəməxsus qanunlar icrasına başladı. Görəsən hər bir hududları, sərhədləri olan müstəqil dovlətlərdə yaşayan insanların bu yaradılış imtahanındakı vəzifələri nədir? Biz bir Azərbaycanlı kimi nə etməliyik?

Bəli bizim xöşbəxt və əvəzolunmaz bir xüsusiyyətimiz bundan ibarətdir ki, musəlmanıq. Biz bir vaxtlar öz müstəqilliyimizi, dövlətçiliyimizi bərpa etmək üçün çox şeylərimizdən keçdik. Qocalı-cavanlı, böyüklü-kiçikli 20 Yanvarda qanlarını tökən və o son mənzilin ən üstün məqamını seçən insanlar müstəqillik, dövlətçilik, istiqlaliyyətlə birlikdə öz dinlərinə məhdudiyyət qoyan Sovet rejimindən ayrılmağa qol qoydular. Necəki dövlətimizi qurduq, həmçinin dinimizin göstəricilərinin dövlətçiliyimizin ayrılmaz bir hissəsi kimi qəbul etdik. Heç vaxt demədik ki, bizim dinimizin göstəriciləri qurduğumuz dövlətçiliyimzdən ayrıdır. Çünki bizi biz eleyən dinimiz və dinimizin göstəriciləridir.

Dinimiz bizim maddi və mənəvi rifahımızı təmin edir.Kimiləri bu məsələdə fikir ayrılığına düşsələrdə bu danılmaz bir faktdır ki,dini olmayan insan heyvan kimidir bəlkədə aşağıdır.Bəs nədir bu Din?İslam dini gözəllikdən başqa bir şey deyil buyurulmuşdur.Nədir gözəlliyin göstəricisi?

Allahdan başqa bir ibadətə layiq məbud olmadığına,Hz Məhəmməd (s) onun Rəsulu olmağına şəhadət vermək,namaz qılmaq,oruc tutmaq,zəkat,xums vermək,həcc etmək həqiqətən gözəllik deyilmi?Axirətə inanmaq, hər bir xeyirin  Allah tərəfindən gəldiyinə inanmaq gozəllikdir. İslam dininin göstəriciləri biri birinə bağlıdır.Heç biri biri-birindən ayrıla bilməz.Bunlar Allah tərəfindən biz insanlara əmrdir.Əmrlər sonsuz səadətin açarıdır.

Bizə əmr olunanlardan biriədə Hicabdir. Nədir Hicab? Görəsən Hicab bizim tariximizdə olmayıbmı? Əgər olubsa indi niyə azdir?Əyər olmayıbsa heç olmamalıdırmı?Biz hicabın zahirinə baxan qədər onun fəlsəfi aləminə səyahət etməliyik.Onda görünürki,Hicab ismətdir,Hicab təmizlikdir,Hicab örtükdür,Hicab təqvadır,Hicab imandır,Hicab həyadır,Hicab qadının namusunu qoruyur.Mütəal Allah Hicabı buyuranda yalnız mömin qadınlara müraciət edirdi.Allahın örtülü və həyalı olduğu kimi,möminlərdə örtülü olmalıdır.Bu Allahdan gələn əmrdir.Hicab paklıq simvoludur.Bu səyahət göstərir ki,bu millətin keçmişində Hicab olub,necəki indi var və artmaqdadır.Bizim qanımızla,canımızla qoruyub saxlamaq istədiyimiz,və buna görə 8 aydır ki,orta məktəbə buraxılmayan bacılarımız,zindanlarda, evlərindən və ailələrindən uzaq düşmüş qardaşlarımız abır,həya,ismət və bu göstəricilərin birləşməsi olan fitrətin qəbul etdiyi namus dəyərini qorumağa çalışırlar.Biz azad yaradılmışıq.Bizim ölməyimiz öz əlimizdə olmadığı kimi,dünyaya gəlməyimiz də öz əlimizdə olmayıb.Allah bizləri imtahan üçün bəzilərimizi kişi bəzilərimiz qadın yaratdı. Bizi bir birimizə həmdəm yaradan Allah qadınlara örtünməyi, kişilərə də öz namuslarını izzətlə qorumağı tapşırmışdır.

Muhəmməd Əmin

XEBER44.COM

  

  • Yazılıb
  • da (də) 2011 Jul 25