Tarix : 2011 Jul 25
Kod 24296

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib

Ölümün səbəbləri araşdırılır
well/Aran agentliyi

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib.APA-nın xəbərinə görə, hadisə iyulun 24-də Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrindən birində qeydə alınıb. Qazax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü

Hüseynov Fərrux Mədət oğlunun xəstəlikdən vəfat etdiyi bildirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya əsgərin ölümü faktını təsdiqləyib və bildirib ki, ölümün səbəbləri araşdırılır.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 25