APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə QAT sədri Akif Nağı, QAT-ın Məclis üzvü Firudin Məmmədov, qurumun Zaqatala, Balakən, Şəki...
well/Aran agentliyi
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə QAT sədri Akif Nağı, QAT-ın Məclis üzvü Firudin Məmmədov, qurumun Zaqatala, Balakən, Şəki, Ağdam, Ağcabədi və digər rayon təşkilatlarının sədrləri, Qarabağ müharibəsi iştirakçıları və bir sıra siyasi partiyaların nümayəndələri iştirak edib. QAT sərdi Akif Nağı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə forum iştirakçılarına məlumat verib və QAT üzvlərinin “Madrid prinsipləri” ilə razılaşmadıqlarını bildirib. QAT sədri deyib ki, problem yalnız müharibə yolu ilə həll oluna bilər.
Forumun sonunda bəyanat qəbul edilib. Bəyanatda qeyd olunub ki, tədbir iştirakçıları Qarabağ probleminin sülh yolu ilə həll olunacağına inanmırlar: “İyirmi ildir davam edən danışıqlar heç bir nəticə verməyib. Beynəlxalq təşkilatların təklif etdikləri variantlar Azərbaycanın maraqlarına cavab vermir. Ermənistan rejimi atəşkəsi dayanmadan pozur, mövqelərimizi daim atəş altında saxlayır, dinc əhalini, hətta uşaqları snayper gülləsi, partlayıcı qurğularla qətlə yetirməkdən çəkinmir. Ermənilər bu murdar hərəkətlərini davam etdirir, beynəlxalq təşkilatlar isə susurlar. Biz buna dözməməli, ləngimədən işğalçı Ermənistana qarşı müharibəyə başlamalıyıq. Azərbaycan xalqının vahid iradəsi, düşmənə nifrəti, ordumuzun gücü və qüdrəti müharibənin taleyini həll edəcək”.