well/Aran agentliyi
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir. Belə ki, iyulun 24-də saat 09.05-dən 09.30-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 14.30-dan 14.45-dək Goranboyun Tapqaraqoyunlu, iyulun 25-də isə saat 00.25-dən 00.30-dək və 00.35-dən 00.40-dək Füzulinin Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub