İyulun 25-də prezident İlham Əliyev və prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub
well/Aran agentliyi
İyulun 25-də prezident İlham Əliyev və prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub.
APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Polşanın kənd təsərrüfatı nazirinin müavini Yaroslav Voytoviç, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı”nı və “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşa xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzalayıblar