İranın Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Su Mənbələri Baş İdarəsinin rəisi Bakıda İranla Azərbaycan Respublikası arasında sərhəd ...
well/Aran agentliyi
İranın Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Su Mənbələri Baş İdarəsinin rəisi Bakıda İranla Azərbaycan Respublikası arasında sərhəd çaylarının demarkasiyasının hazırlanması üzrə müştərək işçi qrupunun birinci iclasını müsbət qiymətləndirib.
Cabbar Vətənfəda bazar ertəsi günü İRNA müxbiri ilə müsahibədə deyib: Səmimi bir atmosferdə keçirilən bu iclasda İran tərəfindən təqdim olunan icra qanununun ilkin mətni iki ölkə ekspertlərini tərəfindən araşdırıldı və haqında müzakirələr həyata keçirilidi.
İranın Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Su Mənbələri Baş İdarəsinin rəisi həmçinin deyib: İki ölkə nümayəndələri İranla Azərbaycan Respublikası arasındakı müştərək işçi qrupunun sonrakı iclasının cari ilin noyabr ayında Tehranda keçiriləcəyi haqda razılıq etdilər.
İranın Qonşu Ölkələrlə olan Sərhəd Çaylarının Koordinasiya Komitəsinin katibi İranla Azərbaycan Respublikası arasındakı çayların demarkasiyası üzrə icra qanununun hazırlanmasının iki tərəfin sel və daşqınların baş verməsi zaman önləyici hərəkətlərin həyata keçirilməsi üzrə işləri asanlaşdıracağını da önə çəkib.
" Sərhəd çaylarının kənarlarının qorunması, bu çaylarda sel və daşqınların idarə edilməsi və nəzarət altına alınması qeyd edilən icra qanununun mühüm bəndlərindəndir" -deyə Vətənfəda sözlərini davam etdirib.
İranın Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Su Mənbələri Baş İdarəsinin rəisi sonra deyib: Bu iclas İranla Azərbaycan Respublikası arasındakı sərhəd çaylarının demarkasiyası üzrə müştərək işçi qrupunun birinci iclası idi. Bu iclasda İranın Sərhəd Qüvvələri, Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi habelə İranın Şərqi və Qərbi Azərbaycan və Ərdəbil Ostanlarının icra hakimiyyətlərindən olan nümayəndələr iştirak etdilər.
Vətənfəda sonra bildirib ki, İranla Azərbaycan Respublikası arasında üç sərhəd çayı (Araz, Astaraçayı, Balharud) mövcuddur, amma bu iclasda sadəcə Araz çayı haqdakı məsələlər haqda müzakirə edildi.
İranın Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Su Mənbələri Baş İdarəsinin rəisi həmçinin qeyd edib ki, sərhəd çaylarının qorunması və bu çaylarda sel və daşqınlara nəzarət haqdakı müştərək icra qanununun tənzimlənməsi haqdakı ilkin iclas 2007-ci ildə müştərək komitənin təşkil edilməsi ilə keçirildi. Bu iclas qeyd edilən komitənin ilk iclası idi ki, 18-22 iyulda Bakıda keçirildi.
Vətənfəda İranla sabiq Sovet İttifaqı arasındakı 1957-ci il sərhəd müqaviləsinə işarə edərək, deyib: " Bu müqaviləyə əsasən 1957-ci ildə bu məntəqədə Araz çayı sərhəd xətti kimi təyin edildi və Araz çayının təbii olaraq axar istiqamətinin dəyişdiyi zaman, iki ölkənin bərabər xərclə Araz çayını sərhəd istiqamətinə geri qaytarmaq haqda işlər həyata keçirilməsi haqda razılıq edildi".
İranın Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Su Mənbələri Baş İdarəsinin rəisi sonda deyib: Keçən 54 ildə sərhəd çaylarının kənarlarının formalaşdırılması və sabitləşdirilməsi haqda İranla Azərbaycan Respublikası ekspertləri və mühəndisləri arasında daim yaxşı əməkdaşlıqların şahidi olmuşuq