well/Aran agentliyi
Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Üç ay davam edəcək layihənin icraçı direktoru Ramil Ağasıyevin ANS PRESS-ə verdiyi məlumata görə, layihə üç mərhələdə keçirilir.Avqustun sonunadək davam edəcək birinci mərhələdə vətənpərvərlik mövzusunda yazılan ssenarilər və bu ssenariləri teatrlaşdıracaq yaradıcı kollektivlər qəbul ediləcək.
Sentyabrdan başlayacaq ikinci mərhələdə isə təsdiq olunan ssenarilər və yaradıcı qruplar festivalda iştirak etmək hüququ qazanacaqlar.
Sonda, yəni noyabrda Bakıdakı teatrların birində festival keçiriləcək və festivaldan sonra qaliblərin adları elan ediləcək. Birinci yeri qazananlara 1000 AZN və kubok, ikinci yerin sahiblərinə 700, üçüncü yerə çıxanlara isə 500 AZN veriləcək.R.Ağasıyev deyib ki, əslində festivalı keçirməkdə məqsəd gənclərin vətənpərvərlik mövzusuna marağını artırmaqdır: “Əsas iştirakdır. Çünki bu festivalın sonunda Vətənə olan hisslərimizi təkcə özümüz yox, bütün Azərbaycan görəcək”.Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunur.Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını mubariz_ibrahimov-festival@hotmail.com- elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər.
islamazeri.az