Tarix : 2011 Jul 26
Kod 24321

İslam paytaxtı seçilən Bakı sakiniyəm mən!

O Bakı ki, minanarələrdən ucalan azan səsinə qadağaya şahid oldu
well/Aran agentliyi

İslam paytaxtı seçilən Bakı sakiniyəm mən!

O Bakı ki, minanarələrdən ucalan azan səsinə qadağaya şahid oldu.

O Bakı ki, Allahın evi sayılan məsçidlərin sökülməsinə şahidlik etdi.

O Bakı ki, orta məktəblərdə təhsil almağa haqqı olan qız uşaqlarının baş örtüsünə görə məktəbə getməsinə qadağa qoyan məmurların özbaşnalığına göz yumdu.

İslam paytaxtı seçilən Bakı sakiniyəm mən!

Halbuki əslən xaçpərəst olan və İslam paytaxtı seçilməyən şəhərlərdə günün lazım saatlarında minarələrdən azan səsləri ucalır və bu şəhər sakinlərini narahat etmir. Nə də İslam paytaxtı seçilməyən digər şəhər və kəndlərdə ucalan, bir-birindən möhtəşəm olan məscidlər sakinlərini narahat etmir.

İslam paytaxtı seçilən Bakı sakiniyəm mən! Həm də bir anayam mən! Orta məktəbdə təhsil alan 15 yaşlı qızın anasıyam mən! Polislə qorxudulub sinif otağından bayıra çıxardılmış qızın anasıyam mən! Bəlli olmayan səbəblərdən növbəti dərs ili təhsilini davam etdirəcəyindən əmin olmayan, oxuyub faydalı bir sənət sahibi olması, vətəninə və millətinə layiqli bir övlad olması həsrətilə yaşayan hicablı qızın anasıyam mən!

İslam paytaxtı seçilən Bakı sakiniyəm mən! Bu gün sənin sakinin olduğundan qürur duymaq istərəm, lakin səndən küsmüşəm. Sənə verilən o şərafətli ada sahib çıxmağını diləyirəm, tək olan Allahdan!

İslam paytaxtı seçilən Bakı sakiniyəm mən! 20 ildən artıq sürən Qarabağ müharibəsinin həlli üçün çalışmaqdan yorulduqmu? Sanki başqa problemimiz qalmadımı? Erməni vəhşilərinin 9-13 yaş arası balalarımızı hiyləgərcəsinə qətlə yetirməsinin qarşısını hicablı qızların baş örtüsünü açmaqlamı almaq olar? Yoxmu başqa bir dərd-qəm?

İslam paytaxtı seçilən Bakı sakiniyəm mən! Müsəlman olan ölkənin hicablı vətəndaşıyam mən!

Haqqı bərqərar olan o gün gəldikdə mənim və hicabın haqqını ödəyə biləcək tapalacaqmı?

Allaha pənah aparıram bu cahillikdən...

Sevinc Zəhrayi 

Deyerler

  

  • Yazılıb
  • da (də) 2011 Jul 26