Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qərbi Şəriada 300-dən çox yeni yaşayış məskəni üçün tender elan etməsini qınayıb
well/Aran agentliyi
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qərbi Şəriada 300-dən çox yeni yaşayış məskəni üçün tender elan etməsini qınayıb.
İslamazeri.az internet qəzetinin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, nazirlikdən verilən açıqlamada İsrailin işğal etdiyi torpaqlar üzərində həyata keçirdiyi qanunsuz fəaliyyətlərin heç bir şəkildə qəbul edilə bilməyəcəyi qeyd olunub: "Bu qərar İsrailin sülh prosesinin irəlilədilməsi məsələsindəki səmimiyyətinə dair şübhələri daha da dərinləşdirməkdədir".
Açıqlamada İsrailin beynəlxalq hüququ heçə sayaraq atdığı bu qanunsuz addımların tanınmadığı da vurğulanıb