Tarix : 2011 Jul 26
Kod 24324

Azərbaycan və Ermənistan mübarizə aparacaq

İyulun 29-31-də Batumidə Cənubi Qafqazın “Nə?”, “Harada?”, “Nə vaxt?” intellektual oyunu üzrə 13-cü çempionat keçiriləcək
well/Aran agentliyi

İyulun 29-31-də Batumidə Cənubi Qafqazın “Nə?”, “Harada?”, “Nə vaxt?” intellektual oyunu üzrə 13-cü çempionat keçiriləcək.

Çempionatda Azərbaycan, Gürcüstan və Ermənistan yığma komandaları təmsil olunacaqlar.Çempionatda 3 ölkədən 55 komanda iştirak edəcək. Festivalın açılışı və ilk mərhələsi iyulun 29-u saat 14.00-da başlayacaq.Çempinonatın müsiflər heyətində “Billur bayquş” mükafatının laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin (Moskva), İlya Novikov (Moskva) və Yelena Potanina (Odessa) iştirak edəcək.Qeyd edək ki, bu vaxta qədər keçirilən biricilik üzrə oyunda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qalib olub.

(ans)

  

  • Yazılıb
  • da (də) 2011 Jul 26