Tarix : 2011 Jul 26
Kod 24327

Azərbaycan əhalisinin 50%-i hicab qadağasının ləğvinə imza atır

Azərbaycan Respublikasında hicab qadağasının ləğvini tələb edən imzatoplama kampaniyası bir neçə ay da davam etsə idi...
well/Aran agentliyi

Azərbaycan Respublikasında hicab qadağasının ləğvini tələb edən imzatoplama kampaniyası bir neçə ay da davam etsə idi, Azərbaycan əhalisinin 50%-i buna imza atacaqdı.

Bunu qərbyönümlü qurumlardan olan Azərbaycan Avrointeqrasiya Milli ictimai Komitəsinin (AAMİK) üzvü

ekologiya hüququ üzrə tanınmış mütəxəssis Samir İsayev deyib.

Samir İsayev fikirlərini "Deyerler" saytına deyib : "Bu keçirilən imzatoplama kampaniyası çox gözəl və çox mühümdür. İnsanlar imza atmaqla öz fikirlərini ifadə edirlər. Artıq bu kampaniya üç-beş nəfərin deyil, kifayət qədər böyük bir əhali qrupunun fikridir. Mən belə güman edirəm ki, kampaniya bir neçə ay da davam etsə idi, Azərbaycan əhalisinin 50%-i buna imza atacaqdı. Söhbət ondan ibarətdir ki, biz azadlıq və müstəqillik qazandıqdan sonra xalq bir növ sükuta uğradı. İndi xalqın bu imzatoplama kampaniyasına belə fəal iştirakı başa düşüləndir. Bu kampaniya demokratikdir, dini etiqad və vicdan azadlıqlarını bir təcəssümüdür".

  

  • Yazılıb
  • da (də) 2011 Jul 26