İran İslam Respublikası İslam İnqilabı Keşikçiləri Korpusu terrorçu Pejak qruplaşmasına qarşı əməliyyatların davamında İranın şimal-qərbində bu qruplaşmaya digər məhvedici zərbələr endirib
well/Aran agentliyi
İran İslam Respublikası İslam İnqilabı Keşikçiləri Korpusu terrorçu Pejak qruplaşmasına qarşı əməliyyatların davamında İranın şimal-qərbində bu qruplaşmaya digər məhvedici zərbələr endirib.
Sepah-Newsun verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələri terrorçu Pejakt qruplaşmasının nəhs ünsürlərinin izlənilməsi üzrə əməliyyatın davamında ötən gecə İranın şimal-qərbində Qəndil, Hacı İbrahim, Piranşəhr və Dovləto məntəqələrində bu qruplaşmanın bir neçə komandasını məhv edib.
Bu məlumata əsasən Keşikçilər Korpusunun quru qüvvələrinin Həmzə Seyyiduş-Şühəda qəragahı, kürd və yerli bəsiclər sərhəd məntəqələrin əks-inqilabçı və əcnəbi muzdlularından tam təmizlənməsi üçün terrorçu Pejak qruplaşmasına qarşı öz əməliyyatlarını davam etdirəcəklər.
Keşikçilər Korpusu ötən günlərdə bir neçə əməliyyat icra etməklə, İranın şimal-qərbində terrorçu Pejak qruplaşmasının qalıq ünsürlərindən bir çoxunu öldürdü.
Habelə Keşikçilər Korpusu qüvvələrinin hücumlarında əks inqilabçılar və terrorçu Pejak qruplaşmasının ən böyük qərargahı məhv edilib.
Bəzi xarici tərəflər, o cümlədən ABŞ və sionist İsrail rejimi terrorçu Pejak qruplaşmasının qalan ünsürlərini İran İslam Respublikasına qarşı çıxmaqda dəstəkləyirlər