Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib ...
well/Aran agentliyi
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.