Tarix : 2011 Jul 28
Kod 24350

Amilinin açıqlaması geniş rezonans doğurdu

Vəliyyi-Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi Höccətül-İslam Seyid Həsən Amilinin ifşaçılığı Az.R. medialarında geniş əks-səda doğurub
well/Aran agentliyi

Vəliyyi-Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi Höccətül-İslam Seyid Həsən Amilinin ifşaçılığı Az.R. medialarında geniş əks-səda doğurub.

Rus Dilli Exo qəzeti və Ekspress qəzeti xəbər verir : Ərdəbilin İmam Cüməsi İranın qərbində terrorçu Pejak yaraqlıları ilə baş verən toqquşmalara toxunaraq bildirib ki , Amerika və İsrail kürd yaraqlılarını silahlandırır və onlara Dağlıq Qarabağda təlim keçirlər.

Cənab Amili həmçinin Qarabağ münaqişəsinin həllinə dair danışıqların uzanması barədə deyib : Minsk qrupu ötən illərdə vasitəçilik etməyib , əksinə siyasət ilə oynayıb. Onlar Qarabağ münaqişəsini həll etmək istəmirlər və fövqəlgüclər bu istiqamətdə ermənilərə yardım edirlər.

Onun sözlərinə görə, NATO və Rusiya Bakıya itirilmiş torpaqların azad edilməsi üçün güc tətbiq etməyə icazə vermirlər. Bu vəziyyət bəlkə də Azərbaycan rəsmilərinə də sərf edir. Əgər rəsmi Bakı böyük dövlətlərə bel bağlamaq yerinə şiə məzhəbli insanların iradəsinə güvənsəydi , Qarabağ məsələsi çoxdan həll olunmuşdur.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 28