Tarix : 2011 Jul 28
Kod 24351

Türkiyə Ermənistanı tənqid etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin Ankaranın mövqelərinə qarşı bəyanatını kəskin şəkildə pisləyib
well/Aran agentliyi

 

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin Ankaranın mövqelərinə qarşı bəyanatını kəskin şəkildə pisləyib.

İRNA-nın Türkiyənin Zaman qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü verdiyi bəyanatda Ermənistan prezidenti Serj Sarkisyanın "Qarabağı "düşmənlərin" əlindən biz azad etdik və Ağrı dağı azad etməyi gələcək nəslə tapşırdıq" sözləri ilə bağlı açıqlamasına reaksiya olaraq Sarkisyanı türk və erməni xalqları arasında düşmənçilik və nifrəti təhrik etməkdə ittiham edib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: Hökumət rəsmilərinin önəmli vəzifəsi sülh, rifah və stabilliklə yanaşı gələcəyin qurulmasında cəmiyyətlərin təşviq olunmasıdır. Bu vəziyə zidd mövqelərin seçilməsi və xalqlar arasında nifrət və düşmənçilik hissinin təhrik olunması məsuliyyətsiz rəftardır.

Bəyanatda Sarkisyan tərəfindən Ağrı dağın azad olunması vəzifəsinin yeni nəslə tapşırılması onun məsuliyyətsiz rəftarının bariz nümunəsi kimi qiymətləndirilib və bildirilib: Münasibətlərin normallaşması üçün iki ölkənin səyi ilə yanaşı bu sözlər Ermənistan prezidentinin sülhü bərqərar etməkdə maraqlı olmadığını göstərir.

Türkiyə XİN-i qeyd edib: Ankara Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini güclü formada dəstəkləyib və erməni qüvvələrinin Azərbaycan Respublikası torpaqlarından geri çəkilməsini tələb edir.

Bəyanatda bildirilir ki, Türkiyə Ağrı Dağ əraziləri barəsində ermənilərin iddialarını rədd edərək Ermənistan tərəfindən Azərbaycan Respublikasının torpaqlarının işğal olunmasına görə İrəvanla öz diplomatik əlaqələrini dayandırıb və münasibətlərin normallaşması üçün bütün məsələləri Dağlıq Qarabağ münaqişəsinin dinc yollar həlli ilə şərtləndirir.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 28