well/Aran agentliyi
Azərbaycanımızın ən yeni tarixində önəmli hadisələrdən biri baş vermişdir. Bu həqiqətən də belədir. Bunun fərqinə hələ tam dərindən vara bilməsək də, gələcək nəsillər tarixi səhifələyərkən mütləq buna heyrətlənəcəklər. Cəmi 23 gün ərzində Azərbaycanın 100 mindən çox insanı məlum bir məsələdə həmyərliyə gəldi, səsini səsə qoşdu, əl-ələ verdi… Azərbaycan xalqı birləşdi, bunu bacaracağına inandı və inamla imza atdı. Bu imzalara 100 minlə yanaşı, Azərbaycanın 100-lərlə ən tanınmış şəxsi – ruhanilər, elm xadimləri, ictimaiyyət xadimləri, mədəniyyət xadimi dəstəyini verdi. Tək dəstəyini vermədi, öz işi kimi yanaşdı, bunu vətəndaşlıq borcu, bəndəçilik borcu olaraq cəmiyyətə tanıtdı. Ən sevindiricisi və fərəhləndiricisi də – bütöv Azərbaycan xalqı belə bir mübarək işdə bir araya gəldi, birləşdi, bütövləşdi. Artıq 100 min geridə qalıb və kampaniya irəliyə doğru davam edir. İstəyirəm bu yazımda xalqımızın aparıcı şəxslərinin kampaniyaya qatqısını, sevgisini, inamını, dəstəyini bir daha xatırladım.
7 aydan artıqdır ki, davam edən orta məktəblərdə hicab qadağası probleminin köklü həllinə nail olmaq, ölkənin gələcək inkişafına öz töhfəsini vermək, Uca Yaradan qarşısında vəzifəsini icra etmək, cəmiyyətdaxili vəhdətin gücləndirilməsinə, dövlətçiliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermək niyyətilə, DEVAMM bu kampaniyaya start verdi. Kampaniyanın bölüşdürücü deyil, birləşdirici missiya daşıyacağı ilk anlardan qeyd edildi. Və budur – ən azı 100 minlik bir birlik və bunun yanında Azərbaycan cəmiyyətinin vəhdəti.
İlk anlardan dəstəklər axın-axın gəlməyə başladı. Birliyə can atan xalqımın dəyərli şəxsləri bu gəmidə olduqlarını izhar etdi. Dəstəklər hələ imza toplanmasına start verilməməsindən öncədən gəlməyə başlamışdı. Paytaxt ilə yanaşı, bölgələrdən də, o cümlədən Sumqayıtdan möhtəşəm dəstək sərgiləndi. Sumqayıt ruhanisi Hacı Mir Fəyyaz Hüseyni kampaniya ilə bağlı fikirlərini bölüşərkən “Deyerler.org”-a bildirmişdir: “Təşəbbüskarlara təşəkkür edirəm ki, belə bir kampaniya ilə bağlı ideya irəli sürüblər. Allahdan istəyimiz budur ki, bizi bu işdə müvəffəq etsin!”. Nə gözəl dilək. Bunun ardıyca isə, heç bir əlavə şərhlərə ehtiyac duyulmayan dəstəklər. Sumqayıt şəhəri, Corat qəsəbəsi dini icmasının sədri Hacı Sahib Məmmədov : “Hicab məsləsinin həlli ilə bağlı DEVAMM-ın təşəbbüsü bütün möminlərin, inanclı insanların sevincinə səbəb olub. Azərbaycanda ölkə prezidenti İlham Əliyevə 100 minlik imza toplanır və bu imzatoplamada hər bir vətəndaş fəal iştirak etməli və çalşımalıdır ki, bu narahatlığın həll olunması üşün əlindən gələni etsin. Biz bu təşəbbüsün nəticəsinə və ölkə başçısının kampaniyaya müsbət reaksiya verəcəyinə inanırıq”. “Salam” studiyasının direktoru Hacı Emin Abbasov : “Düşünürəm ki, 100 minlik imzatoplama kampaniyası çox uğurlu və çox xeyirli bir iş olacaq. Həqiqtən də ölkə prezidentinə müraciət etmək – bu problemin, bütün inanclı insanların, mənəviyyata sıx bağlı olan insanların böyük problemlərlə qarşılaşmasını çatdırmaq üçün ən uğurlu vasitələrdən biridir”. Gənc İqtisadçı-ekspert Əli Vəliyev : “Bu kampaniya vətəndaş cəmiyyəti ilə vətəndaş və dövlət münasibətlərinin inkişafında yeni pozitiv müstəvi açacaq. İnkişaf etmiş ölkələrdə, demokratik cəmiyyətlərdə bu yol öz effektini, faydasını göstərmiş, töhfəsini vermiş yoldur. Vətəndaşlar demokratik bir şəraitdə, qanunlara müvafiq bir şəkildə hansısa problemin həlli üçün birgə fəalliyyət göstərirlər”. Marketoloq Sarvan Mübarizoğlu : “Ümid edirik ki, bu imzaların toplanmasında nəinki ancaq dindarlar, bütün xalq birgə iştirak edəcək. Ən qısa zamanda bu qədər imzanın toplanacağına əminəm. Bunu bizə Quranın bu ayəsi də deməyə imkan verir. Qurani-Kərim buyurur: “Allahın mərhəmətindən yalnız kafirlər naümid olar”. Buna görə də mən tam əminəm ki, Allahın yardımı ilə bu “yüzminlik imzatoplama kampaniyası” orta məktəblərdə hicab qadağasının həll olunmasında bir vəsilə olacaqdır”.
Bu dəstəklərin fonunda xaricdən də Allahın böyük lütfi ilə dəstəklər gəlməkdə idi.Haqq Yolu Elm və Mədəniyyət İnstitutu (HYEMİ), Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi (HHQM MK), Mübariz Ruhanilər Cəmiyyəti (MRC)Azərbaycan Respublikasında DEVAMM-ın təşəbbüsü ilə orta məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqədar kampaniya tədbirini müzakirə etmiş və vaxtında atılmış bu zəruri addımla bağlı bəyanat yaydı. Bəyanatda DEVAMM-ın orta məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqədar kampaniya tədbirini dəstəkləndiyi və bu kampaniyaya qatıldıqları vurğulandı.
Ölkə ilahiyyatçıları bu mübarək işə ardı-arası kəsilməyən dəstəklər verməkdə idi.Mənəvi Saflığa Dəvət İB-nin sədri Hacı Elşən Müstafaoğlu : “Heç şübhəsiz biz bu kampaniyanı dəstəkləyirik. bu kampaniya təhsil haqqını dəstəkləyən, o insanlara yardım əlini uzadan, təhsil hüququnu dəstəkləyənlərin dövlət başçısına bir müraciətidir. Ümid edirik ki, bu insanların müraciəti cavabsız qalmacaq”. İlahiyyatçı Hacı Yusif Bağırov : “Azərbaycan vətəndaşlarının öz sözlərini yuxarı dairələrə, xüsusilə də ölkə rəhbərinə çatdırması üçün bu kampaniya əsas bir vasitədir. Mən bu işin təşəbbüskarı və təşkilatçısı kimi DEVAMM-a öz minnətdarlığımı bildirirəm”. “Təkamül Tərcümə Mərkəzi”nin rəhbəri Hacı Ceyhun Cəfərov : “Hicab qadağasının aradan qaldırılması məqsədi ilə keçirılən yüzminlik imzatoplama kampaniyası yerində və vaxtında atılan addımdır. Dua edir və Allahdan istəyirəm ki, bu iş məsələnin həllinə bir səbəb olsun. Yəqin ki, bu məsələdə Allah da bizdən birliyimizi, vəhdətimizi istəyir”.Ruhani, Bakının Bülbülə kənd sakini Hacı Mir Mehdi Hüseyni : “Yüzminlik imzatoplama kampaniyası bu günün reallağında əsl həqiqəti meydana çıxarmaq üçün gözəl seçilmiş yoldur. Bu məsələni bu günə qədər problem kimi saxlayıb az bir qisim insanın rəyi kimi bildirirdilər. Biz bəzi televiziyalarda bu təbliğatın şahidi olmuşuq. Yəqin ki, bu kampaniya bu baxımdan da özünü göstərəcək. Bu kampaniya Azərbaycan ictimaiyyətinə çatdıracaq ki, Azərbaycanda bu gün hicabın dərdini çəkən və hicablı balaların probleminin həll etmək istəyən beş nəfər, on nəfər insan deyil”.Bakıdakı “Hacı Cavad məscidi”nin imam-camaatı Hacı Əhliman Rüstəmov : “İmzatoplama kampaniyası – yaxşı düşünülmüş bir işdir. Hesab edirəm ki, inşaallah bu iş müsbət nəticə verəcək. Bu bütün təbəqələrin hamısında maraq doğuracaq bir kampaniyadır. Bu addım problemin sivil yolla həlinə çalışılmasına bir işarədir”.Şamaxı şəhəri Cümə məscdinin axundu, ““İmamzadə” məscidi dini icması”nın sədri Hacı Elşən Rüstəmov : “Hicab məsələsilə əlaqədar son günlərdə DEVAMM imzatoplama kampaniyasına başlayıbdır. Bu, çox yaxşı işdir. Respublikada yaranan bəzi problemlərin həlli daha yaxşı olar ki, sivil yolla, anlaşma yolu ilə həll edilsin. İslam özü sülh dini olduğu üçün, yaranan problerlər də sülh yolu ilə həll edilsə, yaxşı olar. Biz ümidvarıq ki, 100 mindən də artıq imza toplanılacaq”. “İrfan” dini icması məsulu Hacı Fuad Ələkbərov : “DEVAMM tərəfindən bir təşəbbüs irəli sürülmüşdür ki, 100 min imza ilə ölkə başçısına müraciət olunsun və bu məsələnin çözülməsi istiqamətində dövlət başçısı öz qərarını versin. Hesab edirəm ki, bu, çox gözəl addımdır. Bu kampaniya ilə həm cəmiyyətdə bu məsələyə münasibət bilinəcək, həm də cəmiyyətdə vəhdət əlaməti olacaq”.
Kampaniyaya vətənimizin müxtəlif yerlərindən dəstəklər gəlməkdə davam edirdi. Bakının Nardaran qəsəbəsi sakinləri də birmənalı olaraq bu aksiyaya dəstək verdiklərini bəyan etdilər. Nardaran ağsaqqalı Hacı Natiq Kərimov bu kampaniya üçün əllərindən gələn hər cür dəstəyi əsirgəməyəcəklərini və bununla da məktəblərdə olan hicab probleminin həll olacağına ümid etdiklərini bildirib. DigərNardaran ağsaqqalı Hacı İslaməli isə öz növbəsində aksiyanı dəstəklədiklərini, başlanılan aksiyanın təqdirə layiq olduğu qeyd edib.
Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının baş katibi Höccətül-islam vəl-müslimin Əxtəri cənabları bu mövzuda bildirdi: “Biz qardaşlarımızdan istəyirik ki, məntiqi yolla, müraciətlər yazmaqla və imza toplamaqla öz tələblərini bəyan etsinlər, dinc yolla öz tələblərində israrlı olsunlar və möhkəm dayansınlar. Bilsinlər ki, Allah Taala onlara kömək olacaq”.
Türkiyə Əhli-beyt (ə) qurumlarının, o cümlədən “Əhli-beyt (ə) alimləri” Cəmiyyətinin, “Kövsər” alimlər cəmiyyətinin, Anadolu Əhli-beyt (ə) Gənclik Cəmiyyətinin, “Bab-i-Əli” Elm Vəqfinin, “Qiblə” jurnalının, “Kövsər” Yayınçılıq qurumunun imzaladığı bəyanatda “Yüzminlik imza kampaniyası”na tam dəstək verildiyi elan olundu.
Bəyan edilən dəstəklərin sayı isə o qədər çox idi ki, onların yalnız adlarını çəksək, xeyli yer tutar olar. Şimal bölgəsindən Xaçmaz rayonun imam-xətibi Hacı Zaur Məmmədov, rovzəxan, Əhli-Beyt (ə) məddahı Hacı Ceyhun Müəzzin, Əhli-Beyt (ə) şairi Hacı Elşən Xəzər, “Əhli-Beyt (ə) aşiqləri” ilahilər qrupunun rəhbəri Hacı Fərhad Qurbanov, mühəndis Elçin Məmmədov, Əhli-Beyt (ə) şairi Seyyid Nürəddin Dərafərin, iqtisadçı Eldar Məmmədzadə, Əhli-Beyt (ə) məddahı və şairi, “Əhli-Beyt (ə) məddahları” ilahilər qrupunun rəhbəri Hacı Yaşar Cahid, “Azərbaycan” ilahilər qrupunun rəhbəri Hacı Taleh Boradigahi, ilahiyyatçı-şərqşünas, islami mövzular üzrə tədqiqatçı Hacı Füzuli Şəfiyev, Yasamal rayonu Fatiməyi-Zəhra (s.ə.) məscidinin axundu Hacı İlqar Rəcəbov, meyxana ustası Mehman Əhmədli, “Həzrət Muhəmməd (s)” məscidinin imam-camaatı Hacı İqbal Novruzov, “Yeni Müsavat” qəzetinin yazarı Kənan Rövşənoğlu, “Yeni Müsavat” qəzetinin redaktoru və yazarı Zahid Səfəroğlu, xalq artisti Həmidə Ömərova, “Zaman” teatrının direktoru Hacı Nizami Mirsalayev, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, “Nur” ilahilər qrupunun ifaçısı Hacı Əlizaman Əliyev, ilahiyyatçı, “Qurani-Kərim”in və İmam Əlinin (ə) xütbələr toplusu olan “Nəhcül-Bəlağə” kitabının ana dilimizə tərcüməçilərindən olan Dürdanə xanım Cəfərli, ilahiyyatçı, “Kainatfilm” kino şirkətinin direktoru Hacı Süleyman Fərzəliyev, “Gənclərin Elmi Mədəni İnkişafı” İB-nin sədri Sərdar Yusifoğlu, “İstefada olan Zabitlər” İB-nin sədri Yaşar Cəfərli, Əhli-Beyt (ə) şairi Aqşin Fateh, Nardarandakı “Həzrət Rəhimə xanım (s.ə.)” ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov, Zabratdakı “İmam Zaman (ə.f.)” məscidinin axundu Hacı Kamran Şamilov, politoloq, tanınmış ekspert Zərdüşt Əlizadə, futbol üzrə Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov, İslam Konfransı Gənclər Forumu Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əsgərov, jurnalist Azər Rəşidoğlu, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, psixoloq Dəyanət Rzayev, sosioloq Azad İsazadə, ekoloq Samir İsayev, Əhli-Beyt (ə) məddahı Hacı İslam Məhəmmədi, Əhli-Beyt (ə) məddahı Hacı Rövşən Məmmədli, tanınmış jurnalist Çingiz Sultansoy, tanınmış jurnalist Tofiq Türkel, Əhli-Beyt (ə) məddahı Kərbəlayi Rza İgidoğu, tanınmış jurnalist Tofiq Türkel və digər dəyərli insanlar öz dəyərli dəstəklərini bəyan etdi.
Kampaniya isə hələ də davam edir. Və dəstəklər də gəlməkdədir. Daha mübarək uğurlar diləyi ilə!
.