Tarix : 2011 Jul 28
Kod 24353

Avropaya təhlükə İsrailin tərəfdarlarından gəlir

Ötən cümə Norvecin sakit həyat təzini ekstremist-bloger sarsıtdı
well/Aran agentliyi

Skandinaviya ölkəsi bu təlatümə hazır deyildi və 32 yaşlı Anders Breyvik qanlı faciə törətdi. Bu iki terror aktını İkinci Dünya müharibəsindən sonra Norveçdə baş verən ən faciəvi və qalmaqallı hadisə kimi qiymətləndirdilər. Baş verən hadisə dünyada əsl şok yaratdı. Sakinlərin əksəriyyətinin qapılarını gecə kilidləmədiyi, polislərin əksərən silahsız gəzdiyi, vətəndaşların maneəsiz parlament və Kral sarayına daxil olduğu bir ölkədə bu necə baş verə bilərdi?! Yüksək rifahlı Avropa ölkəsinin sakinini soyuqqanlılıqla güllələməyə nə vadar etdi?!Rusiyanın İslam Komitəsinin başçısı Heydər Camal bununla əlaqədar analitik təhlil əsasında "Kompromislər erasından qarşıdurma erasına" adlı məqalə hazırlayıb. SalamNews həmin məqaləni oxuculara təqdim edir.Məhv olan stereotiplərOslodakı hökümət binaları yaxınlığındakı partlayışların baş verməsindən dərhal sonra bütün dünya qəzetləri Norvbeçə zərbənin hardan endirilməsi üzərində baş sındırırdılar. Bu, Norveç təyyarələrinin Liviyanı bombalamalarına yaxud Əfqanıstandakı NATO qruplaşmasında 500 nəfərlik Norveç kontingentinə görə qisasdır,-deyə düçünənlər var idi. Terror aktlarının müsəlmanlar tərəfindən törədilməsində heç bir analitikdə şübhə yox idi. Hətta “polis formasında sarışın” haqda şayələr yayılmağa başladıqda belə, “əl-Qaidə” haqda söhbətlər dərhal aradan qalxmadı. Bu terrorun arxasında müsəlmanların dayanmadığı bəlli olduqda, nüfuzlu psixoloqlar, psixiatrlar dərhal tənha psixopatdan söhbət getdiyini bildirdilər. Lakin Anders Berinq Breyvik nə psixopat deyil, nə də ki, tənha...Utoya adasına toplaşanlar fələstinlilərin mübarizəsini dəstəkləyən gənclər idi – Norveçin hakim Fəhlə Partiyasının gənclər qanadı. Adada Fələstinin müstəqilliyinə dəstək və İsrailin boykotu forumu keçirilirdi.Həlak olanlar sırasında Norveçin Kral ailəsinin iki üzvü də var. Ora bir müddət əvvəl Norveçin sabiq baş naziri Qru Harlem Bruntlann da gəlmiş, canidən bir qədər əvvəl isə adanı tərk etmişdi. Hesab edirəm ki, bu zərbə əslində, düşmənlərimizə endirildi. Çünki indiyədək onlar vəhabilərdən terror aktları gözləyirdilər, amma yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb qeyri-ənənəvi oriyentasiası olan sarışın və İsraili sevərək İslama nifrət edənlər oldular. Həmin adamlar ki, “mədəni konservatizm”i, yəni eynicinsli nikahları, abortları, hərcmərcliyi, sosial baxımdan müdafiəsizlərin qarəti, zənginlər üçün vergilərin ləğvini dəstəkləyirlər. Onlar İslama nifrət bayrağı altında çıxış edirlər. Bu aksiyanın nəticəsində isə qüvvələr yerbəyer olur – kim nurun, kim isə zülmətin tərəfdarıdır.Bənzəri və oxşarıSarışının qanlı aksiyası 1995-ci il aprelin 19-da ABŞ-da, Oklahoma-Sitidə baş verən terrior aktına çox bənzəyir. Həmən gün güclü partlayış Alfred Marr adına binanı dağıtmış və 168 nəfərin ölümünə səbəb olmuşdu. O zaman da hökümət və ictimaiyyət ilk olaraq müsəlmanları ittiham etdilər. Hətta konkret adlar çəkilirdi. Lakin partlayışın real icraçısı Timoti Makvey idi, sabiq dəniz piyadası, “Səhrada fırtına” əməliyyatında iştirakına görə konqresin bürünc medalı ilə təltif edilən şəxs. Norveçli kimi o da son dərəcə sağçı idi, onun terror aktı hökümət və sistemə qarşı yönəlmişdi. Amma oxşarlıqlar bununla bitir.Timoti Makvey “Amerika könüllüləri” hərəkatının üzvü idi. O, ABŞ-ın siyasi rejimini “sionist işğalı” hesab edirdi, radikal protestant idi. Onun sevimli kitabı “Ternerin gündəliyi” idi – ağdərililərin və qaradərililərin vətəndaş müharibəsi haqqında siyasi fantastikası.Breyvik irqçilikdən uzaqdı. O, Avropada dəbdə olan neoliberal “sağçılar” hərəkatına aiddir, onlar “İrqçilik – böyük axmaqlıqdır, islamofobiya – ali düşüncədir” şüarı altında çıxış edirlər. Bu hərəkat milliyətçiliyi rədd edir, qeyri-ənənəvi əlaqələrə təşviq edir, abortları və eynicinsli nikahları dəstəkləyir, İsraili sevir və İslama nifrət edir. Vyetnam və ya qeyri-müsəlman Afrikasından söhbət getdikdə isə onlar “Avropa cəmiyyətinə böyük töhfə” kimi qiymətləndirilir.Breyvik heç də xristian deyil, o, bütün dinlərdən uzaqdır. O, neoliberaldı, onlar isə dini çərçivələrdən kənardadılar. O, İslama nifrət edir, amma xristianlığın postulatlarını da lazımsız hesab edir. Breyvikin sələfləri qətlə yetirilən siyasətçi Pim Forteyn və rejissor Teo Van Qoqdur. Onun bugünkü nümunəsi isə Niderlandın Azadlıq Partiyasının sədri Girt Vildersdir. Demək olar ki, hər bir Avropa ölkəsində buna bənzər partiyalar var. Bu vahid sistemdir. Onlara “sağçı” dedikdə xoşlanmırlar, onlar və ötən əsrin 30-cu illərin faşistləri arasında assosiyasiyalara dözmürlər. Həqiqətən də, axı, onlar İsraili dəstəkləyir, sosial yardımlaşmaya və kollektivləşmənin istənilən formasına qarşı çıxış edirlər, təkcinsli məhəbbəti dəstəkləyirlər. Burda hansı millətçilikdən söhbət gedə bilər?Breyvik – liberal bayraq altında hökmranlıq edən ekstremist təzahürün bir hissəsidir. Onlar Breyvikin aksiyasından sonra onu psixopat adlandıraraq bundan imtina etməyə çalışırlar. Amma Breyvik dəli deyil.Tənha qatil, yoxsa...?Birincisi, bir sıra müşahidəçilər dərhal onun ağlının başında olduğunu bildirdilər. İkincisi, hadisələrin gedişatı aksiyaya güclü texniki dəstək verildiyini göstərir. Polis məhkəmə dinləmələrinin açıq keçirilməsinin əleyhinə çıxış edir və bunu terrorçunun ideyalarının yayılma təhlükəsi ilə əsaslandırır. Bu gülməlidir. Polisin əsas istəmədiyi şey bəzi polis rütbəlilərinin baş vermiş cinayətlə əlaqsəinin üzə çıxmasıdır. Çünki orda maraqlı amil var: düşərgəyə təhkim edilmiş polis harasa yoxa çıxmışdı və Breyvik 95 dəqiqə ərzində tam sərbəst insanları güllələmək imkanı qazanıb. Bu müddətdə polis naməlum yerdə olub və bu haqda heç bir informasiya yoxdur.Bundan başqa, Breyvik bərədə gəlib, adada isə onun olduğu iddia edilən partladıcı ilə dolu avtomiobil tapılıb. Amma, o, eyni zamanda həm bərədə, həm də avtomobildə gələ bilməzdi. O isə dəqiq bərədə gəlib. Bu dəhşətli aksiyanın miqyası haqqında düşündükdə sual yaranır – xüsusi xidmətlərin diqqətini cəlb etməyərək necə forma, avtomobil, partladıcı qurğu, silah toplamaq olardı.Bu, sistemli cinayətdir, odur ki, polis dinləmələri qapalı keçirmək istəyir. Çünki vəkillər onsuz da bütün sübutları ortaya qoyacaqlar. İstənilən halda aydındır ki, artıq beynəlxalq səviyyədə kompromislər dövrünü tərk edərək qarşıdurmalar dövrünə qədəm qoyduq.İtirilən dəyərlərBildirmək lazımdır ki, bu gün İsrail mətbuatı Breyvikin hərəkətlərini təqdir edir. Bir sıra saytlarda “biz xristian deyilik, bu küçüklərə görə ağlayan deyilik” bənzərli yazılar var. Bu fikirli məqalələr hətta bəzi qəzetlərdə dərc edilir: onlar İsrailin boykotunu dəstəkləyirdilər, belələri isə ölməlidir. Odur ki, burda söhbət, əlbəttə, növbəti hücuma keçən proisrail lobbisi və İslam dünyasının, xüsusən fələstinlilərin mövqeyini bölüşən qüvvələrin qarşıdurmasından gedir.Əlbəttə, belə terror aktlarının təkrarlanması təhlükəsi var. Onlar əvvəllər də törədilib, amma bəzi aksiyalar gizlədilir və psixopatların hərəkətləri kimi dəyərləndirilir. Bu, indi alınmadı.Digər tərəfdən, hesab edirəm ki, bəlkədə bu yaramazı dünyanın çox hissəsində hakim olan qaydaları ifşa etmək üçün Allah özü göndərib. Özünün etiraf etdiyinə görə, Breyvik terror aktı haqda 1999-cu ildən başlayaraq, NATO-nun Serbiyaya hücumundan sonra düşünməyə başlayıb. O, NATO-nu islamyönümlü təçkilat hesab edir (axı Serbiyanı Bosniyadakı müharibəyə görə bombalayırdılar).Bu tutuşdurma Qərb düşüncəsinin fundamental şizofreniyasını daha qabarıq nümayiş etdirir. Avropa siyasəti artıq terror təhlükəsinin yeni mınbəyi ilə hesablaşmalı olacaq. Bu təhlükə taliblər və vəhabilərdən deyil, onlara nifrət edənlərdən – qeyri-ənənəvi sarışınlardan gəlir

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Jul 28