Tarix : 2011 Jul 28
Kod 24357

''Dəmirçi Makina'' Ermənistana məhsul satmadığını deyir

Türkiyənin ''Dəmirçi Makina'' şirkətinin direktoru Xankəndi hava limanında bu şirkətin məhsullarından istifadə haqda xəbərləri təsdiq edib
well/Aran agentliyi

Türkiyənin "Dəmirçi Makina" şirkətinin direktoru Xankəndi hava limanında bu şirkətin məhsullarından istifadə haqda xəbərləri təsdiq edib. Lakin deyib ki, bu şirkət öz məhsulları və avadanlıqlarını birbaşa olaraq Qarabağa satmayıb.

Türkiyənin Hürriyyət qəzetinin məlumatına görə, Mahmud Dəmirçi deyib: Biz birbaşa olaraq Ermənistana heç bir məhsul satmamışıq. Çünki, biz bütün ixracatı Türkiyənin Xarici Ticarət Palatası məsələləri üzrə Daxili İşlər Nazirliyində qeydiyyata salmalıyıq. Lakin, "Dəmirçi Makina" şirkətinin məhsullarını idxal edən ölkələrdən biri bu məhsulları Ermənistana satıb. Mümkündür ki, sonradan həmin məhsullar Ermənistana satılıb!

Digər tərəfdən Ermənistan milli təyyarə şirkətinin rəhbəri Dmitri Atabaşyan Daily News-la müsahibədə Xankəndi hava limanının inşasında Türkiyədə istehsal olunmuş məhsulların istifadə olduğunu təsdiqləyərək deyib: Türkiyədə istehsal olunmuş məhsulların iqtisadi baxımdan sərfəli olmasını nəzərə alaraq Xankəndi hava limanınn inşasında onlardan istifadə olunub.

Xankəndi hava limanının açılmasının qarşısını alınması üçün Ermənistana qarşı beynəlxalq təzyiqin mövcud olmasını təkzib edən Atabaşyan deyib: Bu sahədə heç bir beynəlxalq təzyiq yoxdur. Xankəndi aeroportunun açılışı yalnız beynəlxalq standartlarla tam uyğunlaşdırmaq məqsədilə təxirə salınıb.

Bu erməni rəsmi söyləyib: Şimali Kiprdə Ərcan aeroportu beynəlxalq aeroport kimi qeydə alındığı kimi Xankəndi hava limanından da beynəlxalq hava limanı kimi istifadə olunacaq.

Ermənistan milli təyyarə şirkətinin rəhbəri deyib: Şimali Kipr beynəlxalq aeroportuna Azərbaycan Respublikası və digər ölkələrdən hava uçuşları həyata keçirilir

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 28