Bu gün bir qrup müstəqil gənc Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi qarşısında insan haqlarının pozulması ilə bağlı etiraz aksiyası keçirib
well/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün bir qrup müstəqil gənc Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi qarşısında insan haqlarının pozulması ilə bağlı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Çində turk kökənli Uyqur türklətrinin assimlyasiya siyasətinə məruz qoyulmasını , Çin güc strukları tərəfindən 9 uyqur türkünün öldürülməsi və yüzlərlə insana işgəncələr verilməsini pisləyən şüarlar səsləndirmiş və Çində uyqur türklərinə qarşı yeridilən diskriminasiya siyasətinə son qoyulmasını , beynəlxalq hüquqla müdafiə olunan insan haqlarına sayqı göstərilməsini tələb edib. Aksiya zamanı bir qrup gənc polis zorakılığına məruz qalmış bir neçə gənc tutularaq polis bölmələrinə aparılaraq bir neçə saaatdan sonra buraxılmışdır.
Aksiya zamanı saxlanılanlar:
1 Hacıyev Cəmil - ADP sədrinin gənclər üzrə müavini
2 Nuriyev Daşqın – ADP təşkilat şöbəsinin təlimatçısı
3 Osman Əhmədov – ADP gənclər təşkilatı
4 Hacıyeva Şəhla – ADP gənclər təşkilatı
5 Emin Fərhadi – ADP gənclər təşkilatı
6 Nəsibov Emin – müstəqil gənc
7 Müseyibov Vasif - müstəqil gənc
8 Elatlı Əşrəf - müstəqil gənc