Tarix : 2011 Jul 28
Kod 24364

Ermənistanı 4 ayda 45 min adam tərk edib

Ermənistan prezidenti ölkədə mühacirət təmayülləri və mühacirət siyasəti məsələləri ilə bağlı keçirdiyi müşavirədə bəzi şeyləri etiraf edib
well/Aran agentliyi

İslamazeri.az internet qəzetinin BBC-yə istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti ölkədə mühacirət təmayülləri və mühacirət siyasəti məsələləri ilə bağlı keçirdiyi müşavirədə son 4 ay ərzində Ermənistanı 45 min adamın tərk etdiyini deyib. Serj Sarkisyan bu vəziyyətin “bəzi dairələr tərəfindən şüara çevrildiyini və qara boyalarla təsvir etmək üçün istifadə edildiyini” bildirib.

O, Ermənistanda mühacirətin "obyektiv" səbəblərinin olduğunu və bunun "mövsümi" xarakter daşıdğını deyib.

"Yanvar-may aylarında ölkədən gedənlərin sayı artır, iyunda geri qayıdanların, qalan yay aylarında və sentyabrda yenidən gedənlərin sayı artır, ilin sonunda isə qayıdanların sayı daha çox olur” - deyib Serj Sarkisyan.

Eyni zamanda Serj Sarkisyanın təqdim etdiyi rəqəmlər mühacirət balansının mənfi olduğunu göstərib: “2000-ci ildə 57 min adam Ermənistana qayıtmayıb, 2001-ci ildə - 60 min, lakin 2004-2006-cı illər ərzində müsbət balans qeydə alınıb. Son illər Ermənistana qayıtmayanların sayı 23-29 min təşkil edir”.

Ermənistan Prezidenti hesab edir ki, muhacirətin mənfi nisbətini tamamilə ləğv etmək üçün “ölkədə insanların ölkəni tərk etməsinə səbəb olan şəraitlər yaradılmalıdır”.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 28