Tarix : 2011 Jul 28
Kod 24366

DEVAMM AİP rəhbərliyinə qarşı ''yəhudiləri öldürmək'' kimi absurd ittihamlara etiraz edir

Vəkil Anar Qasımov: ''Verilən ittihamın kökündə bu dayanır ki, guya Mövsüm Səmədov mütəşəkkil dəstək yaradaraq Quba rayonunda yaşayan yəhudiləri öldürmək istəyib''
well/Aran agentliyi

Deyerler.org: AİP sədri Mövsüm Səmədovun vəkil Anar Qasımov məhkəmədə çıxış edərkən Mövsüm Səmədovun və AİP fəallarının ittiham olunduqları maddələrin birinin Qubada yaşayan yəhudilərə qarşı silahlı basqın təşkil etmək olduğunu bildirdi. Guya Mövsüm Səmədov və digər həbs olunanlar silahlı mütəşəkkil dəstə yaradaraq Qubada yaşayan yəhudiləri öldürmək istəyiblər. Nə qədərdə absurd məsələdir. Niyə məhz yəhudilər.? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Mövsüm Səmədovun vəkili Anar Qasımov bunları bildirdi: "Verilən ittihamın kökündə bu dayanır ki, guya Mövsüm Səmədov mütəşəkkil dəstə yaradaraq silah əldə edib Quba rayonunda yaşayan yəhudiləri öldürmək istəyib. Əgər bunun belə bir məqsədi vardırsa və ya Qubada yəhudiləri öldürücəkdirsə, silahlar Astaradan və Gəncədən niyə çıxırdı?! Onu da qeyd edim ki, istintaq işinin özündə heç bir yəhudi millətinə xas olan bir nəfər yoxdur. Məhz bunun əsas səbəbi Azərbaycan İslam Partiyasının İsrail rejiminə və İsrailin Fələstinlə bağlı məsələlərinə qarşı sərt mövqedə olmasıdır. Lakin istintaq işinin özündə bir dənə də olsun yəhudi dindirilməyib".

Hazırda AİP rəhbərliyi və fəalları həm terroçuluqda, həm yəhudiləri öldürmək istəməkdə, həm də dövlət çevrilişində ittiham olunurlar. (Xəyal Şükür, Faktxeber)

DEVAMM bununla bağlı etiraz bəyanatı verib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, AİP rəhbərliyinə və fəallarına qarşı bu ittihamların heç bir əsası yoxdur: "Hamıya məlumdur ki, müsəlman bir insan üçün günahsız insanların qətli nə dərəcədə mümkünsüz bir haldır. İllah da, milli mənsubiyyət kimi bir məfkurəyə əsaslanaraq. İttiham tərəfini bu cür əsassız və qeyri-hüquqi hərərkətləri dayandırmağa çağırırıq. Biz israr edirik ki, AİP rəhbərliyinə və fəallarına qarşı irəli sürülən heç bir ittihamın əsası yoxdur. DEVAMM hesab edir ki, bu insanların təqibi onların baxışlarına görədir. Müxtəlif saxta ittihamlarla bu təqibləri həyata keçirmək düzgün deyil. Biz DEVAMM olaraq, həm AİP rəhbərliyinin və fəallarının, həm digər məhbusların bəraət alması üçün bir daha çağırırıq".

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 28