Tarix : 2011 Jul 29
Kod 24376

Həbsxanalara narkotik maddələrin keçirilməsinin qarşısını almaq olmur

“Ötən dövrlə müqayisədə cari ilin son 4-5 ayı ərzində Cəzaçəkmə Müəssisələrinə qanunsuz yolla narkotik vasitələr keçirmə hallarının sayı xeyli azalıb
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. Bununla belə, rəis müavini birdəfəlik bu məsələnin sonuna çatmağın çətin olduğunu deyib: “Prezident İlham Əliyevin göstərişindən sonra korrupsiya və cinayətkarlıqla ən çox mübarizə aparan dövlət qurumlarından biri də Penitensiar Xidmətdir. Əlbəttə ki, Cəzaçəkmə Müəssisələrinə qanunsuz olaraq narkotik vasitələr keçirtmək istəyənlər olur. Biz çalışırıq ki, bu cür neqativ halların qarşısını alaq. Lakin bu məsələnin birdəfəlik həll etmək qeyri-mümkündür”.

H. Əlixanov Azərbaycanda vərəmli məhkumların sayının xeyli azaldığını da bildirib: “Ötən illərlə müqayisədə bu il Azərbaycandakı vərəmli məhkumların sayı xeyli azalıb. Biz çalışırıq ki, bu cür xəstələri tamamilə müalicə edək. Bəzən elə olur ki, məhkum olunan şəxs azadlıqda olarkən vərəm xəstəliyinə yoluxur, məhkum olunandan sonra isə burada tam müalicə olunur”.

  • Yazılıb
  • da (də) 2011 Jul 29