İranın nüvə proqramını artıq dayandırmaq olmaz. Bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi bu fikirdədir
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
«Hamı başa düşməlidir ki, İran öz nüvə proqramında elə bir mərhələyə çatıb ki, artıq dayanmaq və geri qayıtmaq mümkün deyil, çünki İranın nüvə texnologiyaları artıq bu sərhədlərdən çıxıblar», deyə o bildirib.
Onun sözlərinə görə, İranda nüvə texnologiyaları sənayenin tərkib hissələrindən birinə çevrilib və ölkənin bütün tərəfinə yayılıblar.
«Biz minlərlə nüvə alimi hazırlayıb buraxdıqdan sonra Qərb və bütün dünya uranın zənginləşməsini necə dayandıra bilər? Bu fakta, həqiqətə çevrilib», deyə nazir bəyan edib.