g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Qarabağ münaqişəsi Azərbaycan üçün olduğu kimi, Türkiyə üçün də yaradır. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Bakıda prezident İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğan bildirib ki, Qarabağ mövzusu iki ölkənin dialoqunda prioritet sayılır.
Siyasi, hərbi, iqtisadi münasibətlərin gələcək inkişafı məsələləri Azərbaycan və Türkiyə XİN rəhbərlərinin başçılıq etdikləri Strateji Əməkdaşlıq Şurasının iclasında ətraflı müzakirə obyekti olacaq.
Ərdoğan ticari-iqtisadi əlaqələrin dinamikasından məmnun olduğunu bildirib. Belə ki, 2010-cu ildə bu həcm 2,5 mlrd. dollar təşkil edib. Cari ilin 5 ayında
əmtəə dövriyyəsi 1,4 mlrd. dollar təşkil edib və ilin sonunda 3 mlrd. dollara çatacağı gözlənilir.
Enerji əməkdaşlığına toxunan Ərdoğan əmin olduğunu bildirib ki, iki qardaş ölkə “Şahdəniz-2” yatağından qazın ixracı üzrə birgə strateji addım atacaq.
Bir ildir ki, tərəflərin qazın tranzit qiymətlərini razılaşdıra bilməməsinin səbəblərinə dair sualın cavabında Ərdoğan bildirib ki, iki ölkənin müvafiq nazirliklərinə həvalə olunub ki, sabah bu məsələnin həlli ilə bağlı danışıqlar aparsınlar.
Ərdoğan PKK-nın terrorçu fəaliyyətini rəsmən pislədiyinə görə Əliyevə dərin təşəkkürünü bildirib. O, terrorizmi dünyanın ümumi problemi adlandıraraq Norveçdə baş vermiş son iki terror aktını qeyd edib. Ərdoğan bildirib ki, bu terror aktını ruhi xəstənin hərəkəti kimi qələmə vermək cəhdlərinə baxmayaraq, bu, uzun zamandır islamofobiyanın artmasının nəticəsidir.
Türkiyəli jurnalist Əliyevə “nə üçün Azərbaycan tərəfi Türkiyə ilə viza rejiminin ləğvinə dair qarşılıqlı addım atmır və Bakının Şimali Kiprin tanınması ilə bağlı yol xəritəsi varmı” sualını verib.
Birinci suala cavab verən Əliyev viza rejiminin birtərəfli ləğvinə görə Türkiyəyə təşəkkürünü bildirib və etiraf edib ki, “Azərbaycan hələlik buna hazır deyil”. O, qeyri-müəyyən şəkildə əlavə edib ki, “nə zaman hazır olsaq, onda da edəcəyik”.
Şimali Kiprin tanınmasına gəlincə, Əliyev deyib ki, Qarabağ münaqişəsini nəzərə alsaq, “bu, sadə məsələ deyil”. “Vaxtı çatanda bu məsələ öz həllini tapacaq”, - o vurğulayıb.
Ermənistan prezidenti Serj Sarkisyanın “Biz Qarabağ məsələsini həll etdik, gələcək nəsil Ararat məsələsini həll etməlidir” bəyanatını şərh edən Ərdoğan deyib ki, bu cür fikirlər dövlət xadiminə yaraşmır. “Gənc nəsli nifrətə sürükləmək olmaz”, - Ərdoğan qeyd edib. Onun fikrincə, Sarkisyan ciddi səhvə yol verib və üzr istəməlidir.
Əliyevin fikrincə, Sarkisyanın bu bəyanatında Ermənistan rəhbərliyinin aqressiv mahiyyəti özünü göstərir. O qeyd edib ki, rəhbərlik Qarabağ məsələsini həll etdiyini deməkdə çox yanılır. Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyi dinc və ya hərbi yolla mütləq bərpa olunacaq
Türkiyəyə ərazi iddialarına gəlincə, Əliyev qeyd edib ki, görünür, Sarkisyanın ağlı başında deyil. Onlar reallıq hissini o dərəcədə itiriblər və ya illüziyalara qapanıblar ki, Türkiyəyə qarşı təcavüzkar niyyətlər bildirirlər ki, bu da ağılsızlıqdır.