Cümə günü Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub
well/Aran agentliyi
Cümə günü Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub.
Bu haqda İslamazeri.az internet qəzetinin xüsusi müxbiri məlumat verir.
Məlumatda bildirilir ki, o birinci xütbəsində ilk öncə özünü və namaz iştirakçılarını təqvaya dəvət edib.Daha sonra isə o Mübarək Ramazan ayının xüsusiyyətlərinə toxunub.
İmam Cümə deyib: “Peyğəmbər (s) buyurur hər bir şeyin qapısı var. İbadətin qapısı da Ramazan ayıdır”. Ramazan ayı oruc tutulduğu üçün fəzilət tapmayıb. Bu ayda Quran nazil olub. Quran buyurur ki, bu elə bir aydır Allah öz kitabını bu ayda nazil edib. Bu ay çox mühüm aydır ki, insan bunu düzgün keçirə bilsin. İnsanın taleyi və müqəddaratı Ramazan ayını keçirməsindən asılıdır. Keçmişdəki xətaların bağışlanması və gələcəyin islah olması üçün bu ay fürsətdir. Keçmiş xətaların üstündən xətt çəkmək üçün ən gözəl fürsət ay bu aydadır. Allah dostları bu ayda sevinirlər. Yaxşı olar ki, bu ayı şadlıqlıqla qarşılansın. Bəzi ölkələrdə bu ayı sevinclə qarşılayırlar. Gözəl ənənədir. Əziz bir qonaq kimi qarşılanmalıdır. Biz nəyisə necə qarşlayırıqsa çox mühümdür. Kim bu ayda bir ayə oxusa bir Quranın tilavətinin savabı verilər. Quran oxuya bilən oxusun, oxuya bilməyən isə öyrənsin. Heç bilməyən isə, əzbər bildikləri ayələri, surələri oxusun. Bu ayda hər şeyin dəyəri artır. Bir şey ki, başqalarına xeyir verir, bərəkətlidir. Bu ay insanlara rəhmət gətirir. Bu ayda Qədr gecəsi var. Quranda deyilir ki, bu gecə 1000 aydan xeyirlidir. Bu gecənin savabı 1000 aya bərabərdir. Bu ayda Allah əzabdan danışmır. Çox çətindir insanın əməli qəbul olsun. Mən bilmirəm kimin əməli qəbul olur. Buyurulur ki, iki rəkət namaz qəbul olsa, o şəxs Cəhənnəmdən amanda qalar. Ancaq hədislərdə var bu ayda əməllər qəbul olur. Ancaq hədislərdə var ki, bu ayın ən üstün əməli haramlardan çəkinməkdir”.
İkinci xütbəsində isə İmam Cümə orucluq haqqında bir hədisi önə çəkib: “ Bu ayda kim bağışlanmayacaq onu diqqətinizə çatdırmaq istəyirəm. Peyğəmbər buyurdu: “Allah müsəlmanları bu ayda bağəşlayacaq”. Bu hədisi deyən İslam Peyğəmbəri minbərə çıxarkən üç dəfə “amin” dedi. Moziəyə qulaq asanlar bu məsələni soruşduqda, İslam Peyğəmbəri Allah mələyinin gəldiyini və 3 dəstə insanın bağışlanmayacağını sayarkən, özünün də “amin” dediyini bildirib. Bunlardan birincisi budur ki, “İslam Peyğəmbərinin adını eşidərkən salavat deməyən şəxslər”. Salavat ona görə fəzilətlidir ki, mən özüm üçün deyil sevdiyim şəxslər üçün, yəni Əhli-beyt üçün istəyirəm. Salavat ən üstün zikrlərdən, dualardan biridir. Ramazan ayında gözəldir ki, yol ilə gedərkən, oturarkən 100, 1000 dəfə salavat desin. İkinci bağışlanmayan dəstə onlardır ki, Allahdan bağışlanmaq istəməyənlərdir. İnsanlar əllərini qaldırsın göyə, dua eləsin ki, Allah onu bağışlasın. Üçüncü dəstə isə, haqqı valideynlərdir. Ata və ana ilə pis rəftar edənlər bağışlanmayanlardır. Ata-ana sağdırsa çox gözəl, onların razılığını qazansınlar. Yox, dünyalarını dəyişiblərsə, ata-ananın qəbiri üstə gedərək, onlara savab bağışlasınlar. Qəbiristanlığa gedə bilməsələr də, evdən savab bağışlasın. İnsan savab bağışlayanda, ona da savab qayıdır. Möminlər diqqətli olmalıdırlar. Al lah bizi bu ayda bağışlananlardan qərar versin”.