Dünən saat 19.00 radələrindən etibarən ermənilər Ağdamın işğal altında olan ərazilərdə yanğın törədib
well/Aran agentliyi
Dünən saat 19.00 radələrindən etibarən ermənilər Ağdamın işğal altında olan ərazilərdə yanğın törədib.
ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, alov əsasən işğal altında olan Ağdsamın Seyidli, Qarağaclı kəndlərinin yaxınlığında və Uzundərə adlanan ərazidə müşahidə olunur.Alovun miqyasının gətirdiyi tüstü 10-15 kilometr məsafədən aydın görünür. Ağdamın cəbhə xəttində yerləşən yaşayış məntəqələrində alovu bu dəqiqələrdə də müşahidə etmək mümkündür.Qeyd edək ki, ötən gün Tərtər rayonunun işğal altında olan Talış kəndində ermənilər yanğınlar törətmişdi. Yanğın səhərə qədər davam etmişdi