Tarix : 2011 Jul 30
Kod 24390

Gənclər kitab aksiyası keçirəcək

Sabah gənclər ölkədə təhsil haqlarının artırılmasına etiraz əlaməti olaraq kitab aksiyası keçirəcək
well/Aran agentliyi

Sabah gənclər ölkədə təhsil haqlarının artırılmasına etiraz əlaməti olaraq kitab aksiyası keçirəcək.

 Bu barədə “Nida” Vətəndaş Hərəkatından “Yeni Müsavat”a daxil olan məlumatda deyilir: “Azərbaycan hökumətinin son qərarı ilə dövlət ali təhsil müəssisələrində təhsil haqları əhalinin ödəniş qabiliyyətinə uyğun olmayan səviyyədə artırılıb.”Nida" Vətəndaş Hərəkatı da yeni tədris ilində əksəriyyəti dünyanın ən bahalı 48-ci şəhərində yaşayan, regionlarda daha ağır həyat şəraitində oxumaq uğrunda mübarizə aparan tələbələrin ağır təhsil haqqı ilə və bahalı kitab xərci ilə yüklənməsini nəzərə alaraq paralel tədbir kimi “Təhsil haqlarının artırılmasından əziyyət çəkən tələbələrə kitabla dəstək!” kampaniyasına başladı. Belə ki, “Nida”çılar tələbələrdən, keçmiş tələbələrdən və əhalinin başqa təbəqələrindən tələbələrə lazım olan dərslikləri, dərs vəsaitlərini, real və elektron mənbələri toplayaraq ehtiyacı olanlara paylamağı hədəfləyirlər. İlk olaraq 31 iyul 2011-ci ildə saat 18:00-da “Sahil” (keçmiş “26-lar”, Axundov adına kitabxananın qarşısı) bağında görüşəcək, aksiya iştirakçıları kitablarını və başqa vəsaitlərini gətirib bir yerə toplayacaq və sonra Facebook sosial şəbəkəsində yaradılmış səhifə vasitəsilə ehtiyacı olan tələbələrə paylayacaqlar. Görüşlərin davamlı olması planlaşdırılmışdır".

Qeyd edək ki, Facebook sosial şəbəkəsində 4000-dən artıq insana dəvət göndərilib, yüzlərlə insan tədbirə gələcəyini və kitabla dəstək olacağını təsdiqləyib. Onu da bildirək ki, təhsil haqlarının qalxmasına etiraz olaraq Dalğa Gənclər Hərəkatı iki dəfə aksiya keçirib.

islamazeri.az

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 30