Tarix : 2011 Jul 30
Kod 24393

Hicab məhbuslarını yenidən Kürdəxanı İstintaq Təcridxanasına qaytarıblar

May ayının 6-sı ''Hicaba Azadlıq!'' aksiyasında həbs edilən və barələrində Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə cinayət işi açılmış ...
well/Aran agentliyi

May ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında həbs edilən və barələrində Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə cinayət işi açılmış 5 hicab məhbusu Kürdəxanı İstintaq Təcridxanasından Nərimanov Rayon Baş Polis İdarəsinə gətirilmişdir. Qeyd olundu ki, 5 nəfər hicab məhbusu 10 günə yaxın bir müddətdə Nərimanov Rayon Baş Polis İdarəsində saxlanılacaq və 3 gündən sonra bəziləri azad edililəcək və ya yenidən Kürdəxanı İstintaq Təcridxanasına geri qaytarılacaq.

Azadxeber.az məlumatına görə, iyulun 20-dən etibarən Nərimanov Rayon Baş Polis İdarəsinə gətirilən 5 nəfər hicab məhbusu yenidən Kürdəxanı İstintaq Təcridxanasına qaytarılıb. "Mənbə"nin bildirdiyinə görə, 5 nəfər hicab məhbusunun kimliyi bilinmir.

Qeyd edək ki, may ayının 6-sı Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyada polis aksiyaçılarla kobud davranıb, dəyənəkdən istifadə edib və aksiyada olan hicablı qadınları döyüb. Aksiyayada 0nlarla nəfər həbs edilib, sonradan bəziləri azad edilsə də ,15 nəfəri hələ də həbsdədir. Aksiyadan sonra etirazçılar polis təqibinə məruz qalırlar.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 30