Tarix : 2011 Jul 30
Kod 24394

Azərbaycanla bağlı qorxulu demoqrafik proqnoz verildi

Azərbaycan R. doğulmamış qız uşaqlarını ən çox məhv edən ölkələrdən biridir
well/Aran agentliyi

Azərbaycan R. doğulmamış qız uşaqlarını ən çox məhv edən ölkələrdən biridir.

ABŞ-ın "Science" jurnalı yazır ki, Azərbaycan R-da dünyada doğulmamış qızları cinsinə görə ən çox abort etdirilən ölkələrdən biridir.

"Qeyri-təbii seçim: qızı yox, oğlanı seçmək və kişi ilə dolu bir dünya gözləntisi" adlı kitabında amerikalı araşdırmaçı jurnalist, məşhur "Science" jurnalının müxbiri Mara Hvistendhali yazır ki, Azərbaycandan başqa bu siyahıda Çin, Hindistan, Cənubi Koreya, Albaniya və s. ölkələrin adları var. Kitabda deyilir ki, təbii halda 100 qıza 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni olaraq oğlanların xeyrinə dəyişdirilir.

Azərbaycanda qız uşaqlarının doğulmamış öldürülməsi hallarının artmasını Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev də təsdiqləyərək bildirib ki, Azərbaycanda son beş ildə oğlan uşaqlarının sayı sürətlə artır. Beş il əvvəl qızların oğlanlara nisbəti 49:51 idisə, indi 48:52-dir. Deputat hesab edir ki, buna səbəb qız uşaqlarının doğulmadan cinsinə görə abort etdirilməsidir. Hələ də ailələrin seçimi oğlan uşaqlarıdır.

                    

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 30