Tarix : 2011 Jul 30
Kod 24398

Örpəyə dözə bilməyənlər

well/Aran agentliyi

Dünyada çox qəribə hadisələr baş verir. Elə qəribə hadisələr ki, baş sındırıb, satlarla əndişələsən də baş verənlər arasında bir məntiq, uyğunluq tapa bilməzsən. Sanki dünyaya bir məntiqsizlik hakim kəsilməkdədir.� Yadınızdadırsa, bir neçə il öncə “Sənət” qəzetində yazılan məlum məqaləyə müsəlman xalqı haqlı olaraq sərt təpki göstərdi. Bunun ardınca, bir dəstə gənc, müsəlman xalqının təpkilərinə dözə bilməyərək, küsüb, etiraz əlaməti olaraq xristian dininə sığındılar. Bu hadisəni xatırlamaqda məsədim, köhnə sərgüzəştləri yenidən gündəmə gətirmək deyil. Sadəcə, arada olan bir gülünc nüansı xatırlamaq istəyirəm.� Bildiyimiz kimi, İslam dini yarandığı gündən elmə, şüura, düşüncəyə böyük önəm vermiş, alimlərin məqamını uca tutmuş, onları dəstəkləmişdir. Amma Xristian dinində təmamilə bunun əksi olmuşdur. Kilsə keşişləri İncilə uyğun gəlməyən, lakin eyni zamanda həqiqət olan elmi nəzəriyyələri batil bilmiş, bu elmi nəzəriyyələri irəli sürənləri isə ya diri-diri yandırmış, ya da əllərini kəsmişlər. Hazırda Qalileyin keşişlər tərəfindən kəsilmiş barmağı İngiltərədəki müzeydə qorunub saxlanılır.� Sözümün canına, mustafasına keçim. Əgər kimsə İslam dinindən üz çevirirsə, ya gərək İslam dinindən ali bir dinə (belə bir dinin olması qeyri-mümkündür) pənah aparmalı və ya da sözün əsil mənasında mürtəd olmasını elan etməlidirlər. Axı, haqlı bir təpkiyə dözməyib, yüz illərlə elmə qarşı üsyan edən bir dinə sığınmaq, qızardılmış töyuğu özünə güldürmək deyilmi? Bir neçə gün öncə xəbərlərdə oxudum ki, Türkiyədə hicablı qadınlar başıbağlı halda təhsil ocaqlarına buraxılmadıqlarından, baş örtüklərinin üstündən “parik” qoyub, məktəbə gedirlər. Bir inanclı şəxs kimi, bu xəbər mənə çox pis təsir etdi. Həqiqətən də çox acı səhnədir. Amma başqa bir tərəfdən baş örtüyünün üstündə parik qoyub, iş, təhsil yerlərinə getmək bir üsyan, rəsmiləri təhqir etmək kimi qəbul edilməldir. Bu, ölkədə demokratyanın sıfra bərabər olmasının göstəricisidir. Əcaba, baş örtüyünə qarşı bəzilərinin amansız davranmalarının səbəbi nədir? Örpək ictimai asayişimi pozur? Cəmiyyətdə gərginlikmi yaradır? Kiminsə inancını təhqirmi edir? Elmin, tərəqqinin qarşısınımı alır? Əgər baş örtüyündə bunların heç biri yoxsa, niyə onun qarşısını almaq üçün davamlı cəhdlər edilməlidir? Cavab olaraq dövlətin dindən ayrı olması fakt olaraq göstərilə bilməz. Çünki əsas qanun kitablarında dövlətin dindən ayrı olamsı qeyd edilən dövlətlərdə dini məsələləri əhatə edən bir çox qurumlar, bu ölkələrinin müxtəlif güşələrində İslamı, müsəlmançılığı əks etdirən saysız dini simvollar var, həmin dövlətin rəsmiləri beynəlxalq islam təşkilatlarında iştirak edirlər. Bütün bunlar mövcud olan halda, yalnız örpəyə qarşı bu qədər təlaşların olması məntiqlidirmi? Ölkəmizdə də bir neçə gün öncə, örpək məsələsi yenidən gündəmə gəlmişdir. Bəzi örpəkli şagirdlər məktəblərə buraxılmamışdır. Amma jurnalistlərin tədqiqi nəticəsində, məlum olmuşdur ki, dövlətin bu işlərdən xəbəri yoxdur, baş verənlər bəzi məmurların özbaşınalığı ilə əlaqədardır. Çünki təhsillə bağlı qanunda örpəyin qadağasına aid heç bir qanun tətbiq edilməyib. Bilmək olmaz, bəlkə də bəziləri oxşar addımlarıyla dövləti, onun apardığı siyasəti bədnam etmək istəyirlər. Bəs ortada gülünc doğuran səbəb nədir? O, budur ki, ruhi rahatlıq gətiən örpəyə təziq göstərib, fəsadı, əxlaqsızlığı yayan açıq-saçıq geyimlərə geninə- boluna yer verməkdir. Qardaşım, cəmiyyətdə örpəklə deyil, açıq-saçıqlıqla mübarizə aparılmalıdır. İstər təhsil, istərsə də iş yerlərində bədənin əksər yerləini nümayan edən geyim tərzləri yeniyetmələrin, gənclərin fikirlərini qarışdırır, onları əsas məqsədən –təhsil və əməkdən uzaqlaşdırır. Və əksər zorakılıqların baş verməsinin səbəbi də budur. İslam Məktəbi

  • Yazılıb
  • da (də) 2011 Jul 30