Tarix : 2011 Jul 30
Kod 24399

Azərbaycan BMT-nin baş katibinə etiraz məktubu göndərib

''Azərbaycan Respublikası Ermənistan tərəfinin təxribat hərəkətləri və bəyanatlarına kəskin etiraz edir''
well/Aran agentliyi

 

İslamazeri.az internet qəzetinin "Zaman"-a istinadən verdiyi xəbərə görə, "Təcavüzkarın azğın davranışını onun törətdiyi cinayətlərə görə cəzasız qalması ilə əlaqələndirir."

Azərbaycan Respublikası Ermənistan tərəfinin təxribat hərəkətləri və bəyanatlarına kəskin etiraz edir, təcavüzkarın azğın davranışını onun törətdiyi cinayətlərə görə cəzasız qalması ilə əlaqələndirir. Ermənistan rəhbərliyinin ritorikasının yeganə məqsədi beynəlxalq ictimaiyyəti çaşdırmaq, münaqişənin həlli prosesinin diskteditasiyası və öz ölkəsinin ictimaiyyətinin daxili problemlərinin pisləşməsindən diqqəti yayındırmaqdır”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Tofiq Musayevin BMT baş katibinə ünvanladığı məktubda deyilir. Bu barədə BMT-nin informasiya ofisindən məlumat verilib.“Son vaxtlar Ermənistan rəsmilərinin hərbi ritorikasının artımı qeydə alınıb. Ermənistan Prezidenti Serj Sarkisyanın 22 iyun 2011-ci ildə Avropa Şurası Parlament Assambleyasında (Ukraynaya rəsmi səfəri zamanı mətbuat konfransında) səsləndirdiyi bəyanatlar Azərbaycana qarşı Ermənistan tərəfindən başladılan müharibənin səbəblərinin, gedişatının və nəticələrinin təhrifinə ən aydın nümünədir”, - məktubda bildirib.Azərbaycanlı diplomat xüsusilə qeyd edib ki, bu bəyanatlar Rusiya Prezidenti tərəfindən iyunun 24-də Kazanda təşkil olunan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticəsi ilə tərəflərin münaqişənin danışıqlar vasitəsilə nizamlanmasını davam etdirəcəklərini təsdiqləməsi fonunda səsləndirilib.“Ermənistan Prezidentinin Kazan müzakirələri ərəfəsində və görüşdən dərhal sonra gözlənilməz emosiya artımı açıq göstərir ki, Yerevanda rəsmilər əvvəlki kimi illüziyaların zərəli təsiri altındadır”, - Musayev bildirib.Azərbaycanlı diplomat, həmçinin 2011-ci ilin iyun ayı ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin davamlı pozulması ilə bağlı BMT baş katibinə məlumat verib.“Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində və öz ərazilərində yerləşən mövqelərindən 55 dəfə atəşkəsi pozublar. Nəticədə Azərbaycanın bir mülki vətəndaşı həlak olub, bir Azərbaycan əsgəri ağır yaralanıb”, - Musayev deyib

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 30