Tarix : 2011 Jul 30
Kod 24401

Türk generaliteti istefa verdi!

Baş qərərgah rəisi və ordu komandaları ölkəni şoka salıb
well/Aran agentliyi

Türkiyə ordusunun baş qərargah rəisi İşık Koşaner, quru qoşunlarının baş komandanı, hərbi hava qüvvələrinin və hərbi dəniz qüvvələrinin baş komandanları istefa veriblər.

İstefaların dəqiq səbəbi bildirilmir. Türkiyədə islamçı hökumətlə dünyəvi ordu arasında gərginlik yüksək həddədir. Hazırda hökuməti devirmək ittihamı ilə haqqında istintaq aparılan generalların sayı 42-dir.

Gələn həftə Ali Hərbi Şuranın yığıncağı olmalıdır.

Hökumət və hərbi liderlər həmin toplantıda bir neçə əsas təyinat üzrə kompromissə gəlməlidirlər.

bizimyol.az

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 30