Tarix : 2011 Jul 31
Kod 24409

Hicab aksiyasında tutulanlardan 5-nin istintaqi başa çatır

Mayın 6-sı Bakıda - Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunan 15 nəfərdən 5-nin istintaqı bitmək üzrədir
well/Aran agentliyi

 

 Mayın 6-sı Bakıda - Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunan 15 nəfərdən 5-nin istintaqı bitmək üzrədir. Məlumatı “Media forum”a paytaxt polisinin idarə rəisi, “Hicaba azadlıq” aksiyasına görə yaradılmış istintaq qrupunun rəhbəri Nazim İsmayılov verib. Onun sözlərinə görə, müdafiə tərəfi həmin 5 nəfərin işi ilə tanış olandan sonra materiallar məhkəməyə göndəriləcək, digər 10 nəfərin istintaqı isə davam edəcək.

İstintaq qrupunun rəhbəri həmin şəxslərin adlarını qeyd etməyib.

Qeyd edək ki, indiyə qədər 6 may aksiyasına görə həbs olunan 15 nəfərin adları rəsmi olaraq açıqlanmayıb.

“Media forum” “İslam-azeri.az” saytına istinadla həbs olunan 15 nəfərin adlarını təqdim edir:

 

1. Bağırov Taleh Kamil oğlu

2. Məmmədov Rövşən Arif oğlu

3. Hüseynov Əlvan Aslan oğlu

4. Nuriyev Rüfət Fazil oğlu

5. İsmayılov Tərlan Balakişi oğlu

6. Vəliquliyev Rəşad Cümşüd oğlu

7. Ələkbərov Taleh Nadir oğlu

8. Abbasov Elşən Sərdar oğlu

9. İsgəndərov Zaur Şahlar oğlu

10. Orucov Şirxan Zöhrab oğlu

11. Novruzov Çingiz Famil oğlu

12. Yusifov Araz Vasif oğlu

13. Əsgərov Məhəmməd Tofiq oğlu

14. Abdullayev Mais Firuz oğlu

15. Məmmədov Nurani Əhməd oğlu.

 

6 may aksiyasının istintaqı Cinayət Məcəlləsinin 221.2.2.(ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə aparılır.

İyulun 20-də mətbuatda gedən məlumatlara görə, 5 nəfərin işi yüngülləşdirilib. Onların üzərindən Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi götürülüb. Həmin şəxslərin də hamısının adını dəqiqləşdirmək mümkün olmayıb. Lakin iki şəxsin - Əlvan Hüseynov və Rövşən Məmmədov üzərindən ittihamın götürüldüyü dəqiqdir. ("Media forum")

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 31