Amerikanın erməni icması Ermənistan və Dağlıq Qarabağa Amerika maliyyə yardımının artırılması, ...
well/Aran agentliyi
Amerikanın erməni icması Ermənistan və Dağlıq Qarabağa Amerika maliyyə yardımının artırılması, Azərbaycana isə bu yardımın heçə endirlməsinə yönəlmiş kampaniyaya başlayıb.
APA-nın Amerika Erməni Milli Komitəsinin saytına istinadən verdiyi məlumata görə, qurum erməni icması üzvlərinə müraciət edərək bu məqsədlə Amerikalı senatorlara kütləvi müraciətlər üsulu ilə təzyiq etməyə səsləyib. Müraciətdə bildirilir ki, avqustun 3-də ABŞ Senatının xarici yardımlar üzrə komitəsi gələn il üçün xarici maliyyə yardımına dair qanun layihəsini nəzərdən keçirəcək. Bununla əlaqədar Amerika erməni milli komitəsi İrəvana maliyyə yardımını 60 milyon dollara kimi artırmaq, Qarabağa azı 10 milyon dolar miqdarında yardımı etmək, Azərbaycana isə hər-hansı yardım etməmək və 907-ci düzəlişi bərpa etmək çağırışı ilə çıxış edib.
Xatırladaq ki, bir neçə gün öncə Senatın xarici yardımlar üzrə alt komitəsinin təsdiq etdiyi sənəddə Ermənistana cəmi 40 milyon dollar, Qarabağa isə ümumiyyətlə heç bir yardımın edilməməsi qərara alıb. Eyni zamanda senatorlar Azərbaycana hərbi maliyyə yardımının edilməsi təklifini dəstəkləyiblər. Bütün bunlar isə Ermənistan kütləvi informasiya vasitələrində Amerikadakı erməni lobbisinin siyasi süqutu kimi dəyərləndirilib.