Tarix : 2011 Jul 31
Kod 24411

Hacı Nuhbala Rəhimov: ''Ruhanilər tərəfindən kampaniyada zəhmət çəkən insanlara öz təşəkkürümüzü ...

Hicab probleminin köklü həlli üçün “Azərbaycan Respublikasının prezidentinə yüzminlik müraciət” imzatopla kampaniyası qarşısına qoyduğu ilkin ...
well/Aran agentliyi

 

 Deyerler.org: Hicab probleminin köklü həlli üçün “Azərbaycan Respublikasının prezidentinə yüzminlik müraciət” imzatopla kampaniyası qarşısına qoyduğu ilkin hədəfə nail olub. Artıq 100.000-dən çox ölkə vətəndaşı kampaniyaya imza atmışdır. Ölkə ictimaiyyətini ciddi narahat edən bu məsələnin həllini arzulayan ölkə vətəndaşları isə imzaları ilə kampaniyaya qoşulmaqda davam edirlər. Qısa müddətdə 100 min imzanın toplanması münasibətilə ilahiyyatçı-alim, Nardaranın “Rəhimə xanım (s.ə)” ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov Azərbaycan xalqını təbrik etmişdir. Təbrik və təşəkkür açıqlamasında Hacı Nuhbala Deyerler.org-a demişdir: “Biz hicabın müdafiəsi üçün imza toplayanlara təşəkkür edirik. İmzalar artıq 100 min həddini keçmişdir. Bunun özü bir sevindirici haldır. Allahdan istəyimiz budur ki, hər kəs hər hansı bir sahədə Allah dininə xidmət edirsə, Allah dünya və axirətdə onun başını uca eləsin, inşallah. Biz də ruhanilər tərəfindən kampaniyada zəhmət çəkən insanlara öz təşəkkürümüzü bildiririk”.

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 31