Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi İşıq Koşaner və digər güc komandanlarının təqaüdə çıxmaları İsraili narahat edib
well/Aran agentliyi
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi İşıq Koşaner və digər güc komandanlarının təqaüdə çıxmaları İsraili narahat edib.
İslamazeri.az internet qəzetinin İsrail mediasına istinadən verdiyi xəbərə görə, adının açıqlanmasını istəməyən bir israilli diplomat Türk ordusundakı son olayların narahatverici olduğunu bildirərək deyib: "Müsəlmanların nəzarətində olacaq bir Türk ordusuna silah satmaq problem yaradacaqdır".
Qeyd edək ki, Türk ordusu İsrail ordusu ilə çox sıx münasibətdə olmuşdur. Hətta Türkiyədəki hərbi çevrilişlərin də İsrailin əli ilə bəzi generallar vasitəsilə edildiyi də artıq üzə çıxmaqdadır.
İsrailə satılmış bəzi generallar isə "Ergenekon" terrorçu təşkilatının üzvləri olaraq həbs edilməkdədirlər.