Azərbaycan R. Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunmasına qarşıdır
well/Aran agentliyi
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri zamanı viza rejiminin ləğvi ilə bağlı məsələni qaldırmasına baxmayaraq Az.R. hökuməti bunun həllinə razılıq verməkdən çəkinir.
Türkiyə 3 il əvvəl və İİR 18 ay bundan qabaq Az.R. vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdilər. O vaxtdan iki ölkənin rəsmiləri Bakıdan da oxşar addımı atmasını gözləyirlər.
İran və Türkiyə rəsmilərinin Az.R-nı bu məsələni süründürməkdə ittiham etmələrinə baxmayaraq , rəsmi Bakı hələ də bəzi texniki məsələləri qabardaraq viza rejimini ləğv etmək istəmir.
Az.R. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri iddia edib ki, İran və Türkiyə vətəndaşları üçün viza rejimi eyni vaxtda ləğv olunacaq , lakin rəsmi Bakı indiki şəraitdə bunu yerinə yetirməyə qadir deyil.
Müşahidəçilərin dediyinə görə , Az.R. hökumətinin iki qonşu ölkə vətəndaşlarına viza rejimini ləğv etməkdən boyun qaçırması sözü gedən ölkələrlə üçtərəfli əməkdaşlıq zərurətinə təkid etməsi ilə daban-dabana ziddir.