Tarix : 2011 Aug 01
Kod 24448

Hakimiyyət yəhudiləri güllə qabağına verdi

Bir anlıq ateist və Allahı öz istədiyi kimi qəbul edən dostlar təsəvvür etsinlər ki, hər şey onların düşündüyü kimi yox, Allah Quranda buyurulduğu kimidir ...
well/Aran agentliyi

 

İgidin yaraşığı

Bir anlıq ateist və Allahı öz istədiyi kimi qəbul edən dostlar təsəvvür etsinlər ki, hər şey onların düşündüyü kimi yox, Allah Quranda buyurulduğu kimidir – Onun qanunlarını bilərəkdən inkar və əvəz edənləri bağışlamır. Həzrət Əlinin (ə) məşhur təbiri: “Birdən deyilənlər doğru oldu...” Bəli, heç bir kafir və müşrikin – Allahı inkar edən və Onun səlahiyyətlərini bölüşənlərin öz işinə dəlili yoxdur. Elə isə ehtiyatlı olun, ehtiyat igidin yaraşığıdır. Azərbaycanda hicab qadağası, hicab məhbusları kimi aktual mövzuların pərdəarxasını yalnız ehtiyatlı yanaşmada dərk etmək mümkündür.

 

Sifariş

Emin və Adnanın həbsi az qala milyondan bir nümunə olub məhkəmələrimizin azad olmamasına. Bir zaman “ARTICLE 19” təşkilatının sədri Aqnes Kallamard qeyd edib ki, Emin Milli və Adnan Hacızadə yalnız fikirlərini azad ifadə etmək hüququndan istifadə etmək istədiklərinə görə həbs olunublar: “Azərbaycan məhkəmələrinin qərarları isə Azərbaycanın məhkəmə sisteminin azad olmadığını göstərir”. Aqnes Kallamard deməsəydi işlər düzələcəkdimi? Hökumət yalnız xaricilərin diaqnozuna reaksiya verir. Xalq özünü Xəzərə atmaqla hədələsə belə onun sözünə əhəmiyyət verən yoxdur.

Beləcə, yanvarın 7-də saat 19.00 radələrində partiyanın qərargahından çıxarkən AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və AİP sədrinin sürücüsü Mirhüseyn Kazımov saxlanılıb. Saxlanılan şəxslər barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası təyin edilib… Əməliyyatda son halqa qara rəngli JİP olub. Əgər Hacı Mövsüm və İslam fəallarının həbsində sifariş düyünün açmaq istəyən olsa elə bu qara CİP-dən başlamalıdır. Beləcə halqa-halqa sifariş piramidasının təpəsinə qalxmaq olar.

Maraqlı! Yol hərəkət qaydalarını pozmaqda ittiham olunan sürücü Mirhüseyn Kazımovu DYP əməkdaşları yox, məhz Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları polis bölməsinə aparıblar…

Azərbaycanda vəzifəni itirmək qorxusu yaşamayan hər bir vətəndaş – dini mənsubiyyətindən asılı olmayan – bu həbsi sifarişli sayır. Sülh və Demokratiya institutunun direktoru Leyla xanım Yunusun qətiyyətli çıxışları da hadisənin aşkar səhnələşdirildiyini göstərir.

Hacı Mövsümün həyat yoldaşı: “Mənzilimizdən Quran və digər dini kitablardan başqa heç nə tapılmayıb”.

Mövsüm Səmədov heç bir cinayət törətmədiyini, terror ittihamının qondarma olduğunu bildirir.. O, qeyd edir ki, siyasi çıxışı ilə bağlı həbs edilib. Bu ölkədə Prezidentin adını çəkmək olmaz!

Onun sözlərinə görə, ittiham olunduğu ağır cinayətlərin ona heç bir aidiyyatı yoxdur. Mövsüm Səmədov irəli sürülmüş ittihamları qəbul etmədiyini, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirdi.

 

 

Hədəf İsraildir, yəhudilər yox

Tövrata əsasən, Həzrət Davud və Həzrət Süleyman zamanlarında doğru yolda olan və peyğəmbərlərə inanan yəhudilər dövlət qurmuşdular. Sonradan haqq yoldan ayrıldılar. Allah-taala onlara İsa peyğəmbəri göndərdi. Yəhudilər Həzrət İsaya inanmadılar və onun öldürülməsi üçün müxtəlif yollara əl atdılar.

Həzrət İsadan sonra romalılar Qüds üzərinə hücum edərək yəhudiləri dağıtdılar və millət dünya boyu səpələndi. Yəhudilər 19-cu əsrin sonlarına doğru dövlət qurma işlərinə başladılar. 1848-ci ildə İngiltərə hökuməti Fələstindəki konsullarına yəhudiləri himayə etmək göstərişi verdi. 1870-ci ildə yəhudi fəaliyyətlərinin mərkəzi İngiltərədən Rusiyaya keçdi. Sionist hərəkətlərin başına keçən Theodor Herzl, Fələstində Yəhudi dövlətinin qurulması üçün güclü fəaliyyət göstərdi. 1870-ci ildən etibarən Fələstin torpaqlarında kənd təsərrüfatı mərkəzləri təşkil etməyə başladılar. Herzl, dövrün Osmanlı Sultanı İkinci Əbdülhəmidlə görüşərək, ondan Fələstində bir Aristokratik Respublika qurmaq üçün icazə istədi. İkinci Əbdülhəmid dövlətin maliyyə vəziyyətinin pis olmasına baxmayaraq bu təklifləri qəbul etmədi və tarix səhifələrinə qızıl hərflərlə yazılması lazım olan bu cavabı verdi:

"Mən bir qarış olsa belə topraq satmaram, zira bu vətən mənə yox, millətimə məxsusdur. 1908-ci il Hökumətindən sonra ittihat və Tərəqqi Partiyasına Yəhudilər geniş bir şəkildə nüfuz etdilər. 1909-cu ildə bu partiya tərəfindən qurulan hökumətdə üç yəhudi nazır var idi. Beləcə yəhudilər Fələstində geniş ərazilər satın aldılar.

Birinci Dünya Müharibəsi yəhudilərin işinə çox yaradı. İngilis və Fransızlar gizli bir müqavilə bağlayaraq, yəhudilərə təminat verdilər. Osmanlı Dövləti əlbirliklə yıxılacaq və Fələstində bir Yəhudi Nəhəng leti qurulacaqdı. Bu vədi alan yəhudilər, Fələstində Türklər əleyhinə böyük bir casusluq fəaliyyətinə girişdilər.

İkinci Dünya Müharibəsinin müttəfiqlərin qalibiyyətiylə bitməsindən sonra, Fələstin məsələsi son mərhələsinə çatdı. İngiltərə daha sonra Amerikanın köməyini təmin etdikdən sonra, Fələstin məsələsini BMT-yə aparıb, məsələnin həll edilməsini istədi. Birləşmiş Millətlər 1947-ci ilin Noyabrında Fələstinin biri Yəhudi o biri Ərəb olmaq üzrə iki dövlət arasında paylaşılmasına qərar verdi. Qüds şəhərinə isə BMT nəzarətində beynəlxalq bir bölgə statusu tanındı. Bəli, Fələstin işğal edildi. İsrail Dövləti qurular qurulmaz Misir, İordaniya, Suriya, Livan və İraq orduları İsrail üzərinə hücuma başladılar. Birinci ərəb-İsrail müharibəsi başladı. Bu savaş bir ilə yaxın davam etdi. İsrailin yetmiş beş min şəxsi heyətlik bir ordusu olmasına baxmayaraq beş Ərəb dövlətini məğlub etdi. Birləşmiş Millətlərin səyilə əldə edilən razılaşma sonunda, İsrail torpaqları çox genişlənmişdi.

Ərəb ölkələri ilə İsrail arasındakı gərginlik hələ davam etməkdədir. 6 dekabr 1987-ci ildən bu yana hər gün Fələstinlilər işğalçı İsrail əsgərlərinə qarşı daş və çubuqlarla mübarizə etməkdə və işğala müqavimət göstərməkdədirlər. Son hadisələr sırasında Livanla 33 günlük rüsvayçı müharibəni, Qəzzə qətliamını və Mavi Mərmərəyə hücumu göstərmək olar.

İsrailə müqavimət hərəkatına dəstək verən mərhum İmam Xomeyni dəqiq strategiyanı açıqladı: İşğalçı İsrail rejimi məhv edilir və yəhudilərin dünya boyu təhlükəsizliyi təmin olunur. Dünyada yəhudilərin rahat, qorxusuz yaşaması İsrailin xəritədən silinməsində əsas prinsiplərdəndir. Heç bir siyasi, mütəfəkkir müsəlman dünya yəhudilərinin düşməni deyil. Düşmən İsrail, Sionizmdir!

Bunu Azərbaycanda hamıdan yaxşı bilən və qəbul edib sədaqət nümayiş etdirən iki şəxs varsa biri Hacı Mövsüm Səmədovdur. Onun son məhkəmə prosesində Quba yəhudilərinə qarşı terror planlaşdırılması bütün kartların üstünü açdı.

Məhkəmədə AİP sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov çıxış edərkən Mövsüm Səmədovun və islamçıların ittiham olunduqları maddələrin birinin Qubada yaşayan yəhudilərə qarşı silahlı basqın təşkil etmək olduğunu bildirdi. Guya Mövsüm Səmədov və digər həbs olunanlar silahlı mütəşəkkil dəstə yaradaraq Qubada yaşayan yəhudiləri öldürmək istəyiblər!

İslamçılara verilən ittihamın kökündə bu dayanır ki, guya Mövsüm Səmədov mütəşəkkil dəstə yaradaraq silah əldə edib Quba rayonunda yaşayan yəhudiləri öldürmək istəyib. Əgər bunun belə bir məqsədi vardırsa və ya Qubada yəhudiləri öldürücəkdirsə silahlar Astaradan və Gəncədən niyə çıxırdı? Lakin istintaq işinin özündə bir nəfər olsun yəhudi dindirilməyib.

Hazırda islamçılar həm terroçuluqda, həm yəhudiləri öldürmək istəməkdə, həm də dövlət çevrilişində ittiham olunurlar.

 

Hacı Mövsüm yanlış hədəfdir

Hakimiyyətdəki anti-islam qüvvələrin son hədəfi müsəlmanları yəhudilərin qatili kimi təqdim edib, yəhudiləri qorxutmaqla onlardan imtiyaz almaq olubsa Hacı Mövsüm çox yanlış seçim olub.

Hacı Mövsüm Səmədov Bakıda ali tibb təhsili, Qumda ali dini təhsil alıb. Alicənab, vətənpərvər, İslam yolunu tanıyan bir şəxsiyyətdir. Hacı Mövsüm İslamın yəhudilərə münasibətdə siyasətini gözəl bilir. Qubada bir yəhudinin burnunun qanaması İşğalçı İsrailin ömrünü artırır.

Mövsüm Səmədov qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının lideridir.

1965-ci ildə Quba rayonunda anadan olub. Azərbaycan İslam Partiyasının VI qurultayında 118 nəfər qurultay nümayəndəsindən 96-nın səsini alaraq sədr seçilib.

AİP sədri seçilənə qədər partiyanın Quba komitəsinin sədri olan M.Səmədov siyasətə 1993-cü ildə gəlib.

Ölkə hakimiyyətini sərt tənqidi çıxışından sonra həbs olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov qayğıkeş ata, istedadlı həkim, savadlı zabit və böyük din alimidir.

90-cı illlərdə M.Səmədov azadlıq hərəkatında yaxından iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəal üzvlərindən olmuşdur. O, 90-ci ildən AXCP-yə üzv olub və siyasi fəaliyyətə də buradan başlayıb. Mövsümün 20 yanvar hadisələrindən sonra, İslam dininə olan meyli artır və Azərbaycan İslam Partiyasına (AİP) üzv olur.

Bir neçə kəlmə Quba və Quba yəhudiləri haqqında:

Quba Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir.1999 - cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Quba rayonunda 136,845 nəfər (88,06%-i azərbaycanlılar, 6,8%-i ləzgilər , 2,06%-i yəhudilər (dağ yəhudiləri), 1,91%-i mesxeti türkləri, 0,8%-i tatlar, 0,23%-i ruslar, 0,14%-i digər millətlər olmaq üzrə) əhali yaşayır .

Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulmuşdur.

XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi güclənmişdir.

Dağ yəhudiləri, (dağ yəhudilərinin dilində Cuvuro) şərqi Qafqazda, əsasən Azərbaycan və Dağıstanda kök salmış yəhudilər. Dağ yəhudilərini İsraildə Qafqaz yəhudiləri də adlandırırlar. 19-cu əsrdə Cənubi Qafqazı istila edən ruslar burada at belində və yapıncı geyimli yəhudiləri görəndə çox təəccüblənmiş və onlara "dağ yəhudiləri" "горские евреи" adını vermişlər. Dağ yəhudiləri ilə İran və Buxara yəhudiləri arasında bağlar mövcuddur və dağ yəhudiləri 6-cı əsrdə müstəqil etnik icmaya çevrilmişdir.

Dağ yəhudilərinin etnik köklərinə gəldikdə, belə təxmin edilir ki, dağ yəhudiləri və tatlar çox qədimdən Qafqazda məskunlaşıblar. Əcdadları 5-6-cı əsrlərdə Qafqaz Albaniyasında yerləşib.

Tədqiqatçılar arasında dağ yəhudilərini "yəhudi tat"lar adlandıranlar, eyni etnik köklərə malik olmasına baxmayaraq, tatların dini mənsubiyyət baxımından iki qrupa: "Müsəlman tatlar" və "Yəhudi tatlar"a bölündüyünü deyənlər də var.

İnqa Saffron "The Philadelphia İnquirer" qəzetində "Qubanın dağ yəhudiləri" adlı yazısında dağ yəhudilərinin haradan gəldiyinə dair irəli sürülən bütün iddiaların ancaq fərziyyə olduğunu qeyd edir. Onun sözlərinə görə, bir çox dağ yəhudisi özlərini İsrailin qeyb olmuş tayfalarının övladları olduqlarını bildirir və Miladdan əvvəl 722-ci ildə Yerusəlimdə Beyt-ül-Müqəddəs (Süleyman məbədi) ilk dəfə dağıdılan zaman didərgin düşdüklərini, köç edə-edə nəhayət Şərqi Qafqazda məskunlaşdığını iddia edirlər.

 

 

Silah-sursat şousundan vaz keçildi

Beləcə, yanvarın 11-də Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayevin evində axtarış aparılıb. 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı “götürülüb”.

Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə, Masallının Xıl kəndinin axundu Fəramiz Abbasova məxsus evlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və qabaqcadan həyətlərində yerləşdirilmiş silah-sursat “aşkarlanıb”.

İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə dövlət tərəfindən şərlənərək ittiham olunurlar.

Maraqlı nöqtələrdən biri budur ki, rejim hər dəfə telekanallarda silah-sursat tapılması ilə bağlı şou verilişlər hazırladığı halda bu dəfə hətta istintaqda məhbuslara silah-sursatla bağlı sual ünvanlamır.

 

 

Yəhudilər nə üçün susur?

Hazırda islamçılara qarşı anti-yəhudi ittihamları ölkədə müsəlman-yəhudi qarşıdurmasında qığılcım ola bilər. Bu ssenarini düşünənlər üçün sabah Qubada yəhudilərin qətlə yetirilməsi narahatedici deyil. Quba yəhidilərinin təhlükəsizliyini düşünənlər yəhudiləri öz çirkin planlarına mişen etməzdilər. Azərbaycan hakimiyyətini dost kimi yad edən Quba yəhudiləri nə üçün etiraz etmir ki, bu iftiralar onların həyatı üçün təhlükə yaradır? Şübhəsiz ki, bu ssenariyə hansısa bir nüfuzlu sionist imza atıb. Sionistlər, işğaıçı İsrail başçıları ös ambisiyalarına 100 min yəhudini qurban verərlər. Bu tarixdə sübut olub.

Sifarişli hicab qadağası, sifarişli həbslər və.. son tükürpədici qərar: Yəhudilər üçün təhlükə! İsrail belə bəyanatla çıxış edəndə təkzib verən Xarici İşlər Nazirliyi nə üçün susur?

 

Bu ay bağışlanma fürsəti

Mübarək Ramazan ayı! Mələklərin yerə endiyi Qədr gecələri! Qarşıdakı bir il üçün yazılacaq yeni talelər! Yer-göyün Allahdan əfv dilədiyi günlərdə Onun sevimli mömin bəndələrini ailə ocağına qaytarmaq böyük dönüş olardı.

Yaxşı olardı ki, ölkə başçısı səviyyəsində hakimiyyətdəki anti-islam qüvvələrə dayanın əmri veriləydi. Yaxşı olardı!

Babək Təbrizli

HaqqYolu üçün

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 01