Tarix : 2011 Aug 01
Kod 24452

ABŞ: Bakı və İrəvan Qarabağ münaqişəsinin tənzimiində ''geriyə addım'' atıblar

ABŞ müdafiə nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi Aleksandr Verşbou deyib ki, Azərbaycan Respublikası və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ...
well/Aran agentliyi

 

ABŞ müdafiə nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi Aleksandr Verşbou deyib ki, Azərbaycan Respublikası və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimi prosesində "geriyə addım" atıblar.

İTAR-TASS-ın yaydığı məlumatda deyilir ki, Verşbou bu barədə ABŞ Helsinki komissiyasının Qarabağla bağlı aparılan müzakirələrdə deyib.

Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Kazan görüşündə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar uğurla nəticələnməyib və "cəbhənin təmas xəttində gərginlik artır".

ABŞ müdafiə nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi deyib ki, Ermənistan və Azərbaycan əvvəlki kimi baza prinsiplərini razılaşdırmağa hazır deyil.

ABŞ dövlət katibinin köməkçisi Filip Qordon isə bildirib ki, ATƏT dondurulmuş münaqişələrin həllində öz rolunu oynamaqda davam etməlidir.

ABŞ-ın Rusiyada keçmiş səfiri Aleksandr Verşbounun çıxışdan hiss olunur ki, Kazan görüşündə Rusiyanın uğursuzluğu ABŞ-ın maraqlarına cavab verib.

Bu arada ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr Komitəsinin beynəlxalq əməliyyatlar üzrə alt qrupu 2012-ci il üçün ayırdığı xarici yardımla bağlı son illərdə ilk dəfə olaraq Dağlıq Qarabağın adını sənəddən çıxarıb. 2012-ci il üçün ölkələrə ayrılacaq xarici yardım siyahısından Dağlıq Qarabağın adını çıxarmasını bu "yeni oyun"un ilk jesti kimi qiymətləndirilir.

  • Yazılıb
  • da (də) 2011 Aug 01