Tarix : 2011 Aug 01
Kod 24453

Rusiya TŞ-nın katibi İrana gəlir

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İrana səfər edəcək
well/Aran agentliyi

 

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İrana səfər edəcək.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşevin bu səfəri İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlilinin dəvəti ilə avqustun 15-də həyata keçəcək.

Petruşev Səid Cəlili ilə görüşdükdən sonra İran prezidenti və bəzi rəsmilərlə də görüşüb müzakirələr aparacaq.

Bu məlumata əsasən, bu səfərdə İranın nüvə məsələsinə aid Rusiyanın təklif etdiyi "addım-addım" layihəsi də müzakirə olunacaq.

  • Yazılıb
  • da (də) 2011 Aug 01