Tarix : 2011 Aug 01
Kod 24454

Akif Nağı: “Hacı Mövsümə qarşı “yəhidiləri öldürmə” ittihamı irəli sürənlər - Azərbaycan dövlətin...

AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov açıqlama verərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Qubada yəhudiləri ...
well/Aran agentliyi

 

AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov açıqlama verərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Qubada yəhudiləri öldürməyi planlaşdırmaqla bağlı ittiham da irəli sürülümüşdür. Bununla bağlı DEVAMM sədri Hacı lqar İbrahimoğlu bəyanatla çıxış edərək sözgedən ittihamı absurd kimi qiymətləndirimş və ölkə ictimaiyyətini bununla bağlı mövqe sərgiləməyə çağırmışdır.

Mövzu ilə bağlı QAT sədri Akif Nağı Deyerler.org-a münasibətini açıqlamışdır. A.Nağının fikrincə, İslam tərəfdarlarına qaşrı belə bir ittihamın irəqi sürülməsində müəyyən siyasi məqsədlər var. Akif bəy davamında bildirmişdir: “Bununla hətta Azərbaycan dövlətinə zərbə vurmağa çalışırlar. Əgər Azərbaycanda saxta yolla “yəhudiləri öldürmək”lə bağlı "fakt" ortaya qoysalar və hətta bunu saxta yolla sübut etsələr, bu Azərbaycan hakimiyyəti üçün də böyük narahatlıqlara səbəb ola bilər. Bu “ittiham” bütovlükdə Azərbaycanda yəhudilərin təqib olunmaslı kimi “fikir” fotmalaşdıra bilər. Ona görə də mən belə hesab edirəm bu “ittiham” hansısa xarici mərkəzlər tərəfindən ortaya atılmış məsələdir və bu, Azərbaycanın nə cəmiyyətinin, nə də dövlətinin maraqlarına cavab verir. Hakimlər və istintaqı aparan müstəntiqlər nə üçün məsələni bu cür aparırlar? Onlar dövlətə qarşı belə “ittiham”ların gündəmə gəlməsinə şərait yaradırlar. Bunu hamı bilir ki, bu ittiham real həqiqətə uyğun deyil. Hamı bilir ki, dünyada yəhudilərə qarşı ən tolerant ölkə Azərbaycandır. Hesab edirəm ki, Azərbaycanda normadan da artıq olan bu dözümlülüyə rəğmən, eyni münasibətlə azərbaycanlılar İsraildə qarşılaşmırlar. Bu ittiham reallıqdan uzaqdır”.

Deyerler.org

  • Yazılıb
  • da (də) 2011 Aug 01