Tarix : 2011 Aug 01
Kod 24455

Eldar Namazov: “AİP üzvlərinə qarşı ''yəhudi öldürmək'' ittihamı - Azərbaycana xas olmayan bir şa...

AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov açıqlama verərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Qubada yəhudiləri öldürməyi planlaşdırmaqla ...
well/Aran agentliyi

 

AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov açıqlama verərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Qubada yəhudiləri öldürməyi planlaşdırmaqla bağlı ittiham da irəli sürülümüşdür. Bununla bağlı DEVAMM sədri Hacı lqar İbrahimoğlu bəyanatla çıxış edərək sözgedən ittihamı absurd kimi qiymətləndirimş və ölkə ictimaiyyətini bununla bağlı mövqe sərgiləməyə çağırmışdır.

Mövzu ilə bağlı politoloq, “Azərbaycan Ziyalılar Forumu”nun moderatoru Eldar Namazov Deyerler.org-a münasibətini belə açıqlamışdır: “Səhv etimirəmsə, AİP sədri özü də Qubadandır, orada böyüyüb. Təbii ki, belə ittihamlar nə bütövlükdə Azərbaycan xalqına xas olmayan şaiyədir, iddiadır, nə də ki, Qubada böyümüş bir insan üçün belə bir iddia irəli sürmək adi haldır. Bütün dünyaya bəllidir ki, Azərbaycanda milli azlıqlara çox tolerant münasibət mövcuddur. Azərbaycanda hər bir azsaylı xalqın nümayəndələri rahat yaşayırlar və bu, Azərbaycanın bütün dünyada tanınan müsbət imiclərindən biridir. Bu, Azərbaycanın çox vacib milli dəyərlərindən biridir. Ona görə də kiməsə qarşı belə ittihamların irəli sürülməsi Azərbaycanın müsbət imicinə tamamilə ziddir. Eyni zamanda da belə ittihamla o zaman çıxış etmək olar ki, buna 100 faiz əmin olasan ki, belə bir hadisə baş verib. Yalnız bundan sonra belə bir ittihamla çıxış etmək olar. Əks halda ölkə imicinə zidd olan belə bir ittihamla çıxış etmək olmaz. Mən əminəm ki, Azərbaycanda yaşayan heç bir azsaylı xalqlara qarşı nəinki hər hansı terror aktı törətmə təhlükəsi var, hətta onlara qarşı pis münasibət də bəslənilmir. Bundan sonra da belə hal baş tutası deyil. Belə həssas mövzularda, xüsusilə hakimiyyətdə olanlar, hüquq-mühafizə orqanlarında çalışan insanlar gərək çox diqqətli olsunlar. Qan çıxmayan yeri qaşıyıb Azərbaycan üşün problemlər yaratmaq olmaz”.

Deyerler.org

  • Yazılıb
  • da (də) 2011 Aug 01