Tarix : 2011 Aug 03
Kod 24477

Mövsüm Səmədov: ''Məhkəmə artıq oyuna çevrilib''

Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədovun vəkili Anar Qasımov, bu gün müvəkkli ilə görüşüb
well/Aran agentliyi

Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədovun vəkili Anar Qasımov, bu gün müvəkkli ilə görüşüb.

Bu barədə FaktXeber.com-a Anar Qasımovun özü məlumat verib. Mövsüm Səmədovun əhval-ruhiyyəsinin həddən artıq yüksək olduğunu qeyd edən Anar Qasımov, doktor Səmədovun Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibəti ilə təbrik etdiyini bildirdi:“Bu gün Mövsüm Səmədovla görüşdüm. Doktor Səmədov ilk öncə Azərbaycan xalqına mübarək Ramazan ayı münasibəti təbriklərini çatdırdı. Bu ay münasibətilə ən xoş arzularını və təbriklərini bütün Azərbaycan xalqı ilə bölüşdüyünü söylədi.

Sonra Mövsüm Səmədov məhkəmənin gedişatı ilə bağlı öz narazılıqlarını bildirdi. O, bu məhkəmənin artıq oyuna çevrildiyini bildirərək, vəkillər tərəfindən verilən bütün vəsadətlərin qəbul edilməməsinə kəskin etirazını açıqladı.O, məhkəmənin video lentə almaq üçün icazənin verilməməsini qanunsuz və hüquq pozuntusu kimi qiymətləndirdi. Bizim əlimizdə Mövsüm Səmədovun çıxışı ola-ola biz ekspertlərə sübut edə bilmirik ki, həmin çıxışda cihadla bağlı heç bir ifadə səsləndirilməyib. Məhkəmə video lentə alınmadığı halda görəsən biz məhkəmədə işlətdiyimiz sözləri necə sübut edə biləcəyik. Mövsüm Səmədov özü də etiraz etdi ki, mən həmin çıxışımda cihad sözü yox, “difa” (müdafiə) sözü işlətmişəm. Ona görə də biz istəyirik ki, məhkəmə prosesində çəkiliş olsun. Bununla bağlı növbəti məhkəmə prosesində müəyyən işlər görməyə çalışacağıq."Bundan sonra Mövsüm Səmədova onun müdafiə prosesinin güclənməsi istiqamətində işlərin görüldüyünü bildirdim. Mövsüm Səmədov bununla bağlı bütün hüquq müdafiəçilərinə, media nümayəndələrinə təşkilat və partiya sədrlərinə öz təşəkkürünü bildirdi. Həmçinin Mövsüm Səmədov bildirdi ki, bu təkcə bir neçə nəfərin hüquqlarının müdafiəsi üçün nəzərdə tutulmuş iş deyil, ümumilikdə bütün Azərbaycan xalqının, inanclı insanların və hicabın müdafiəsidir:"Doktor Səmədovun hazırda səhhətində heç bir problem yoxdur, əhvalı çox yüksəkdir və növbəti məhkəmə prosesinə hazırlaşır."

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 03