Gürcüstan azərbaycanlıları yeni yaradılmış ''GMİ''-nin yaradılmasına deyil, onun nizamnaməsindəki dəyişiklikləri istəyirlər
well/Aran agentliyi
Gürcüstan azərbaycanlıları yeni yaradılmış "GMİ"-nin yaradılmasına deyil, onun nizamnaməsindəki dəyişiklikləri istəyirlər.
Bu barədə İslamazeri.az internet qəzeti "ahlibeyt.ge" saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, yaranan idarənin nizamnaməsindəkı səhvlər, reallıqdan uzaq olan bəndlər, və azərbaycanlıların təkliflərinə qarşı diqqətsizlik Gürcüstan müsəlmanlarını Mixayil Saakaşviliyə müraciət etməyə vadar edib.
Müraciətdə deyilir:
"Gürcüstan Prezidenti, Cənab Mixail Saakaşviliyə.
Cənab Prezident!
“Gürcüstan Müsəlmanları Ruhani Şurası” və digər din xadimləri Sizin, vətəndaşların bərabərhüquqlu olmasına və onların dini-milli varlıqlarının müdafiəsinə yönəldilmiş istiqməti dəstəkləyir.
Sizin müsəlmanlara, onların dininə və hüquqlarına nəzər saldığınız son çıxışıniz bizi məmnun etdi.
Biz ölkəmizin Avropa Birliyinə inteqrasiyasıya ideyasını dəstəkləyirik və qiymətləndiririk, bunu biz prezident, parlament və yerli seçkilərdə fəal iştirakımızla təsdiq edirik.
Bildirmək istəyirik ki, son zamalnlar “Gürcüstan Müsəlmanları İdarəsi” yaranması barədə söhbətlər gedərkən bu bizi çox sevindirdi. Ancaq yaranan idarənin nizamnaməsindəkı səhvlər, reallıqdan uzaq olan bəndlər, və nəticədə bizim təkliflərə qarşı diqqətsizlik, bizim sevincimizə son qoydu. Təşkilat rəhbərliyinə reqionun nüfuzlu dini şəxslərin daxil olmaması, təşkilat rəhbərliyinə kənar şəxslərin qismən daxil olması, butun demokratik normalara ziddlik, özbaşına seçki keçirmək, bizim yuxarıda adı çəkilən təşkilata qarşı ümid və inamımızı məhv etdi.
Hesab edirik ki, bu yolla müsəlman təşkilatının yaradılması, məsələlərin həlli əvəzinə yalnız daha çox problemlər yaradacaq.
Səmimiyətinizə inanırıq və ümid edirik ki, Siz bu problemi aradan qaldıracaqsınız və həmişəki kimi bizi ədalət və inamla sevindirəcəksiniz.
Biz bir daha ölkəmizi və onun Prezidentini dəstəkləməyə davam edirik, və Uca Allahdan istəyirik ki, öz mərhəmətini günəşli Gürcüstanın üzərindən əskik etməsin, möhkəmliyini sosial-iqtisadi gücünü, millətlər və dinlər arasında qarşılıqlı hörməti və qardaş sevgisini qorusun".
1. “Əhli-Beyt” jurnalının redaktoru - İsmayilov Rizvan
2. “Əhli-Beyt” cəmiyətinin sədri - Məmmədov Rasim
3. Dəmiyə Görarxı məscidinin axundu - Mirhüseyin Əsədov
4. “İman” qazetinin redaktoru - Ramin İgidov
5. “Əhli-Beyt” hikməti cəmiyətinin sədri - Namiq Hüseynov
6. Daştəpə məsçidinin axundu- Eldəniz Sadıqov
7. İmir Həsən məscidinin axundu - Orxan Abbasov
8. Təzəkənd və Əzizkənd məscidinin axundu - Elçin Daşdanov
9. Marneuli rayonunun mollası - Mirfaiq Hadızadə
10. Məsciddə müəllim - Kamil Muradov
11. Axund- Elçin Məmmədov
12. Dmanisi rayonunun axundu - Namiq Bayramov
13. Axlımahmudlu kəndinin axundu - Fariz Hüseynov
14. Ağammədli kəndinin axundu - Çingiz Əliyev
15. Baydar kəndinin axundu- Qədir Piriyev
16. Saral kəndinin axundu - Rəşad Əliyev
17. Qaçağan kəndinin axunu -Yaqub Seyyidov
18. Zveli - Kveşi kəndinin axundu- İfrət Əhmədov
19. Tsurtavi axundu- Məhəmməd Hüseynov
20. Araplı kəndinin- Axund Vuqar Fatiiyev
21. Təzəkənd kəndinin müəllimi - Çingiz Süleymanov
22. Akaurta kəndinin axundu - Sabin Cəfərov
23. Arakel kəndinin axundu - Sahib Rəsulov
24. Arakel kəndinin axundu - Elmin Bayramov
25. Qızılhaclı axundu- Anar Nurməmməov
26. Təhməz Talıbov- din xadimi
27. Marneuli rayonu axundu- Hacı Hacıyev
28. Candar kəndinin axundu - Nəsimi Mansurov
29. Baytallı kəndinin axundu- Raqif Əliyev
30. Tacir A. Verdiyev
31. Axund- Məhmud Əhmədov
32. Molla Məhərrəm