Rusiya baş naziri Vladimir Putin, ABŞ-ın borclarına görə dünya iqtisadiyyatının paraziti olduğunu söyləyib
well/Aran agentliyi
Rusiya baş naziri Vladimir Putin, ABŞ-ın borclarına görə dünya iqtisadiyyatının paraziti olduğunu söyləyib
Rusiyanın baş nazir Vladimir Putin iqtidar partiyasının gənclik qolları üzvləriylə görüşündən sonra verdiyi açıqlamada, ABŞ-ın imkanlarından əlavə kreditlə yaşayan ölkə olduğunu və borcunun bir qisimini dünya iqtisadiyyatında istirahət etdirdiyini qeyd edib. ABŞ-ın dolların monopoliya vəziyyətini istifadə edərək, dünya iqtisadiyyatında parazit kimi yaşadığını bildirib.
ABŞ borc tavanının yüksəldilməsi mövzusunda dünən razılaşılıb, ancaq Konqres tərəfindən hələ səs verilməyib. Putin, problemin kökdən həlli üçün qərar verilməsinin təxirə salmaqdan başqa bir işə yaramayacağını söyləyib. Amerika iqtisadiyyatının dünya iqtisadiyyatının lokomotivlərindən biri olduğunu və problem yaranmasının heç kim üçün yaxşı olmayacağını qeyd edib.
Amerikalı millət vəkilləri, ABŞ-ın 14,3 trilyon dollar məbləğində borcu olduğunu bildiriblər. Millət vəkilləri qeyd ediblər ki, maliyyə bazarındakı problemləri 2 avqust tarixinə qədər həll etməyə çalışacaqlar.