Tarix : 2011 Aug 03
Kod 24481

Ziyalılar Mövsüm Səmədovdan danışdılar

“Dünyada heç vaxt İslam tərəfdarları belə şeylər etməzlər''
well/Aran agentliyi

 

Novella Cəfəroğlu: “İslam Partiyasının yəhudilərə qarşı hansısa plan hazırlaması ola bilməz”

Eldar Namazov: “AİP üzvlərinə qarşı “yəhudi öldürmək” ittihamı – Azərbaycana xas olmayan bir şayiədir. Bu, ölkənin imicinə ciddi ziyandır”

Akif Nağı: “Hacı Mövsümə qarşı “yəhidiləri öldürmə” ittihamı irəli sürənlər – Azərbaycan dövlətinə ziyan vurmağa çalışırlar”

AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov FaktXeber.com-a açıqlamasında bildirmişdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Qubada yəhudiləri öldürməyi planlaşdırmaqla bağlı ittiham da irəli sürülüb.�

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Deyerler.org-a açıqlamasında, “Dünyada heç vaxt İslam tərəfdarları belə şeylər etməzlər. AİP-in Fələstin məsələsində fikir ayrılıqları ola bilər, İslam tərəfdarları bu məsələdə etirazlar edə bilərlər. Amma güya yəhudilərə qarşı hansısa ölüm planları hazırlayıblar – ola biməz. Yəhudilərə burada hər hansısa təzyiqlərin olması və bu kimi məsələlər Azərbaycanda heç vaxt olmayıb. Nə Azərbaycanda, nə də İslam dünyasında belə hallar olub. Azərbaycanda İslam tərəfdarları heç vaxt yəhudilərə qarşı hər hansı zorakılıq etməyiblər. Həqiqətdə Fələstin-İsrail münasibətlərində fikri ayrılıqları ola bilər. Kimsə deyə bilər ki, biz Fələstini, bir başqası da deyə bilər ki, qarşı tərəfi müdafiə edirik. Bu, başqa məsələdir. Amma Azərbaycanın özündə yəhudilərə qarşı heç vaxt İslam tərəfdarları tərəfindən təzyiq olmayıb. Adi təzyiqlər olmayıb, o ki qalmışdı öldürmək və sair bu kimi nə isə ola”, – deyə bildirib.

“Azərbaycan Ziyalılar Forumu”nun moderatoru Eldar Namazovun isə məsələ ilə bağlı münasibəti belə olub: “Səhv etimirəmsə, AİP sədri özü də Qubadandır, orada böyüyüb. Təbii ki, belə ittihamlar nə bütövlükdə Azərbaycan xalqına xas olmayan şaiyədir, iddiadır, nə də ki, Qubada böyümüş bir insan üçün belə bir iddia irəli sürmək adi haldır. Bütün dünyaya bəllidir ki, Azərbaycanda milli azlıqlara çox tolerant münasibət mövcuddur. Azərbaycanda hər bir azsaylı xalqın nümayəndələri rahat yaşayırlar və bu, Azərbaycanın bütün dünyada tanınan müsbət imiclərindən biridir. Bu, Azərbaycanın çox vacib milli dəyərlərindən biridir. Ona görə də kiməsə qarşı belə ittihamların irəli sürülməsi Azərbaycanın müsbət imicinə tamamilə ziddir. Eyni zamanda da belə ittihamla o zaman çıxış etmək olar ki, buna 100 faiz əmin olasan ki, belə bir hadisə baş verib. Yalnız bundan sonra belə bir ittihamla çıxış etmək olar. Əks halda ölkə imicinə zidd olan belə bir ittihamla çıxış etmək olmaz. Mən əminəm ki, Azərbaycanda yaşayan heç bir azsaylı xalqlara qarşı nəinki hər hansı terror aktı törətmə təhlükəsi var, hətta onlara qarşı pis münasibət də bəslənilmir. Bundan sonra da belə hal baş tutası deyil. Belə həssas mövzularda, xüsusilə hakimiyyətdə olanlar, hüquq-mühafizə orqanlarında çalışan insanlar gərək çox diqqətli olsunlar. Qan çıxmayan yeri qaşıyıb Azərbaycan üşün problemlər yaratmaq olmaz”.

QAT sədri Akif Nağı isə bildirib ki, İslam tərəfdarlarına qaşrı belə bir ittihamın irəli sürülməsində müəyyən siyasi məqsədlər var: “Bununla hətta Azərbaycan dövlətinə zərbə vurmağa çalışırlar. Əgər Azərbaycanda saxta yolla “yəhudiləri öldürmək”lə bağlı “fakt” ortaya qoysalar və hətta bunu saxta yolla sübut etsələr, bu Azərbaycan hakimiyyəti üçün də böyük narahatlıqlara səbəb ola bilər. Bu “ittiham” bütovlükdə Azərbaycanda yəhudilərin təqib olunmaslı kimi “fikir” formalaşdıra bilər. Ona görə də, mən belə hesab edirəm ki, bu “ittiham” hansısa xarici mərkəzlər tərəfindən ortaya atılmış məsələdir və bu, Azərbaycanın nə cəmiyyətinin, nə də dövlətinin maraqlarına cavab verir. Hakimlər və istintaqı aparan müstəntiqlər nə üçün məsələni bu cür aparırlar? Onlar dövlətə qarşı belə “ittiham”ların gündəmə gəlməsinə şərait yaradırlar. Bunu hamı bilir ki, bu ittiham real həqiqətə uyğun deyil. Hamı bilir ki, dünyada yəhudilərə qarşı ən tolerant ölkə Azərbaycandır. Hesab edirəm ki, Azərbaycanda normadan da artıq olan bu dözümlülüyə rəğmən, eyni münasibətlə azərbaycanlılar İsraildə qarşılaşmırlar. Bu ittiham reallıqdan uzaqdır”.

/news/Faktxeber

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 03