Prezidentə yüzminlik imza toplama kampaniyası ərəfəsində Azərbaycan Ağsaqqallar Şurasının yaradılması barədə söz-söhbət gəzirdi
well/Aran agentliyi
"Birlik.az" saytı Azərbaycanda sözügedən şuranın yaranması üçün təşəbbüs qrupunun üzvü Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovdan məsələyə aydınlıq gətirməsini xahiş edib. "Bildiyiniz kimi, Nardaran Ağsaqqallar Şurası 3-4 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun fəaliyyətinin müsbət nəticələri olubdur. Bunu görən çoxlu sayda ağsaqqallar birləşərək Azərbaycan Ağsaqqallar Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdilər. Və biz də bu təşəbbüsə qoşulduq. Hazırda bu yöndə lazımi işlər gedir. Belə ki bir neçə region ağsaqalları ilə söhbətlərimiz olubdur. Bundan qabaq da həmin ağsaqqallarla bizim müəyyən görüşlərimiz olub və onlarla ölkənin ictimai-siyasi məsələləri haqda müzakirələr aparmışıq" - deyə Kərbəlayi Natiq Kərimov bildirdi.
Xəyal, birlik.az