müddətdə Qəbələni turizm zonasına çevirmək istəyən «fövqəlnazir»in niyyəti baş tutmadı
well/Aran agentliyi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Qəbələni turizm zonasına çevirmək planları iflasa uğrayıb. Səbəb Qəbələ RLS-in 2012-ci ildən sonra da fəaliyyətini davam etdirəcəyi ilə bağlıdır.
Hakimiyyət daxilindəki mənbə deyir ki, Kəmaləddin Heydərovun dövlət başçısı Ilham Əliyevlə bu məsələ ilə bağlı söhbəti olub. “Fövqəlnazir” dövlət başçısını inandırıb ki, Qəbələdə turizmi inkişaf etdirmək üçün Qəbələ RLS-in fəaliyyətinə son verilməlidir. Çünki Qəbələdə cənnət yaradılsa belə, RLS-in fəaliyyəti turist axınının qarşısını alır. Kəmaləddin Heydərov haqlı olaraq deyib ki, Qəbələ ilə bağlı reklam çarxlarını izləyən turistlər ətraflı məlumat almaq üçün internetə üz tuturlar. Burada isə Qəbələ adı yazılan kimi RLS-lə bağlı məlumatlar çıxır. Bu da turistlərin qərarlarını dəyişməsinə səbəb olur. Mənbənin sözlərinə görə, Ilham Əliyev “fövqəlnazir”in fikirlərilə razılaşıb və icarə müddəti bitdikdən sonra RLS-in fəaliyyətinin dayandırılacağını deyib. Hətta Kəmaləddin Heydərova turizmlə bağlı müəyyən işlər görmək tapşırılıb. Bu sırada, xüsusilə Qəbələdə beynəlxalq hava limanın tikilməsini qeyd etmək olar. Yeri gəlmişkən, hava limanının Qəbələ RLS-ə yaxın məsafədə yerləşir. Lakin bu günlərdə bəlli olub ki, Rusiya 2012-ci ildən sonra da Qəbələ RLS-i özündə saxlamaq niyyətindədir. RLS-in rəhbərliyi bildirib ki, 2012-ci ilə qədər obyektdə əsaslı təmir işləri aparılacaq. Bu fakt RLS-in fəaliyyətinin dayandırılmayacağını göstərir. Mənbə deyir ki, vəziyyət Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Bakıya səfərindən sonra dəyişib.